Məhkəmə Trampın Alyaskada neft hasilatı barədə fərmanını ləğv edib 

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Alyaska ştatının Federal dairə məhkəməsi tərəfindən prezident Donald Trampın bu ştatın sahil suları şelfində neft hasilatına yönəlik qoyulmuş qadağanı aradan qaldıran fərmanını qeyri-qanuni elan edib.

Ekoloji mülahizələrdən dolayı, sözügedən qadağanı ABŞ-ın 44-cü prezidenti Barak Obama qoymuşdu. 2017-ci ildə Donald Tramp qadağanı aradan qaldıran fərman imzalamışdı. Bundan sonra təbiəti mühafizə təşkilatları ABŞ administrasiyasına qarşı iddia qaldırmışdılar.

İddianın lehinə qərarı hakim Şeron Qlison çıxarıb («Bloomberq»). Məhkəmənin qərarına görə, Trampın fərmanı «qeyri-qanunidir və prezidentin səlahiyyət dairəsindən kənara çıxır». Hakim qeyd edib ki, Amerika qanunvericiliyi Ağ Evin başçısına karbohidrogen yataqlarının istifadə olunmasına qadağa qoymaq səlahiyyəti verir - qadağanı aradan götürmək səlahiyyəti yox.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar