Səudiyyə kralı Trampa qarşı çıxdı! – Qolan qərarını rədd etdi

Səudiyyə kralı Salman bin Əbdül-Əziz Əl Səud bəyan edib ki, ölkəsi heç bir halda Qolan təpələri üzərində Suriyanın suverenliyinə qarşı yönəlmiş heç bir fəaliyyətlə razılaşmayacaq.

O, Tunisin paytaxtında keçirilən Ərəb Dövlətləri Liası (ƏDL) sammitinin açılışında çıxış edib və İordan çayının qərb sahilində və Qəzza sektorunda paytaxtı Şərqi Yerusəlim olmaqla, Fələstin dövlətinin yaradılması üzrə krallığın mövqeyini təsdiqləyib.

Bununla da Səudiyyə hakimiyyəti Amerika Birləşmiş Ştatlarının (ABŞ) Qolan üzrə məlum qərarını pisləyib.

Xəbər verildiyi kimi, ƏDL-nın sammiti diqqəti ABŞ-ın Qolanla bağlı - işğal olunmuş təpələr üzərində İsrailin suverenlini tanıyan qərarına cəmləyib.

Məlum olduğu kimi, Qolan təpələri üzərində İsrailin suverenliyini tanıyan bəyannaməni ABŞ prezidenti Donald Tramp martın 25-də imzalayıb.

Qeyd etmək yerinə düşər ki, Trampın bu «deklorasiyası» mahiyyət etibarilə, lənətullah Balfurun məlum bəyannaməsinin (Fələstin torpaqlarında «yəhudi ocağı» yaratmaq barədəki iblisanə çağırış) «əkiz qardaşı» sayıla bilər.

635x100

Şərhlər

Mirzə AĞ 2019-03-31 22:57:07

Halva, halva... deməklə, ağız şirin olmaz, ay Salman!

Son yazılar