Gəncədə 26 yaşlı gənc bıçaqlanıb

Gəncədə 26 yaşlı oğlan bıçaqlanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhər sakini, 1993-cü il təvəllüdlü Rabil Şahmar oğlu Əhmədov qarın və döş qəfəsindən bıçaq xəsarətləri alıb.

O, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Cərrahiyə əməliyyatından sonra reanimasiya şöbəsində müalicəsi davam edən gəncin vəziyyətinin orta-ağır olduğu bildirilir.

Onun hansı şəraitdə bıçaq xəsarətləri aldığı hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar