81 yaşında bələdiyyə başqanı oldu

Türkiyədə martın 31-də keçirilmiş bələdiyyə seçkilərinin qeyri-rəsmi nəticəsinə görə, Əskişəhər bələdiyyəsi sədri Türkiyənin ən qoca bələdiyyə rəhbəri olub.

Bu barədə "Report" "Habertürk"ə istinadən xəbər verir.

Qeyd edilir ki, bu şəxs Yılmaz Böyükerşendir. Onun namizədliyi CHP-dən irəli sürülüb.

81 yaşlı Yılmaz Böyükerşen seçkilərdə 52,26 faiz səs toplayaraq AKP-dən olan Burhan Sakallını üstələyib.

Məlumata görə, bu, onun seçkilərdə ikinci qələbəsidir. Yılmaz Böyükerşen bundan əvvəl də Əskişəhər bələdiyyəsinin sədri olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar