Azərbaycandakı səsvermənin nəticələri açıqlandı - 37% Poroşenkoya səs verib

Azərbaycanda yaşayan Ukrayna vətəndaşlarının prezident seçkiləri üzrə səsverməsinin nəticələri məlum olub.

"Report" Ukrayna MSK-ya istinadən xəbər verir ki, bülletenlərin 100 faizinin hesablanmasının nəticəsinə görə, seçicilərin əksəriyyəti - 37,14%-i Ukraynanın hazırkı Prezidenti Petro Poroşenkoya səs veriblər.

Ukraynanın Azərbaycandakı səfirliyində açılmış seçki məntəqəsində səsverməyə ümumilikdə 175 nəfər qatılıb.

Xatırladaq ki, Ukraynada prezident seçkiləri martın 31-də keçirilib. Ukrayna MSK-nın məlumatına görə, bülletenlərin 40,21%-nin hesablanmasının nəticələrinə görə, prezidentliyə namizəd, şoumen Vladimir Zelenski Ukraynadakı prezident seçkilərinin ilk turunda səslərin 30,23%-ni toplayıb, hazırkı dövlət başçısı Petro Poroşenko isə 16,65% səs qazanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar