"O MƏNZƏRƏDƏN SONRA ŞOKDAYIQ..." - Dövlət Komitəsi qızların çılpaq videosu haqda

“Sosial şəbəkələrdə üç xanımın çılpaq rəqs etməsini əks etdirən videogörüntüdəki mənzərədən sonra şokdayıq. Azərbaycanda belə bir hadisənin baş verməsi qəbuledilməzdir. Burada Azərbaycan qadınının imicinə xələl gətirilib. Bununla mübarizə aparılmalıdır”.

Bunu “Report”a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.

E.Səfərov bildirib ki, videoçəkiliş həmin xanımların razılığı ilə də olsa belə onlar qurbandırlar: ”Azərbaycan qadınının çılpaq vəziyyətdə rəqs etdirilməsi və bunun videoçəkiliş vasitəsilə ictimailəşdirilməsi yolverilməzdir. Çünki bu, Azərbaycan adına xələl gətirən məqamlardan biridir. Bunu da nəzərə almaq lazımdır ki, xaricdən təsiredici halların axını mövcuddur. Ona görə də həmin xanımlarla psixoloji və maarifləndirci görüşlər aparılmalıdır”.

Şöbə müdirinin sözlərinə görə, üç xanımın çılpaq rəqs etməsini əks etdirən videogörüntü ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılmalıdır: “Həmin videoçəkilişdə vətəndaşların çılpaq rəqs etməsinin, videomaterialın yayılmasının səbəbləri araşdırılmalıdır. Biz daha çox ailə siyasətinin gücləndirilməsinə, ailə dəyərlərinin və adət-ənənələrinin qorunmasına çalışırıq. Həmin qadınların spirtli içkilərin və yaxud da narkotik maddələrin təsiri altında bu işə sövq edilib-edilməməsi araşdırılır. Bu da Daxili İşlər Nazirliyinin araşdırmasından sonra məlum olacaq”.

Qeyd edək ki, martın 31-də sosial şəbəkələrdə üç gənc qadının çılpaq vəziyyətdə rəqs etməsini əks etdirən görüntülər yayılıb. Görüntülərin Azərbaycanda lentə alındığı bildirilir.

635x100

Şərhlər

Vəfa 2019-04-01 11:08:55

BU Komitənin işinin nə olduğu,hansı fəaliyyətlə məşğul olduğu müəmmalıdır.Hicran Hüseynovanın adı hallanan rüşvət məsələsi bir dəfəlik bağlanıldı.Ölkədə nə uşaqlara,nə analara qayğı var.Hər şey özbaşına,pullu,baha( sadə insanlar üçün əlçatmaz) Bu Komitə ölkəyə lazımdırmı? Adı gözəl,düşünürsən ki,nə əcəb belə qayğılı Komitəmiz var! Amma nə mənası.

Ayzek 2019-04-01 11:08:55

Bunlar aysberqin yalnız görünən tərəfidir...

Köhnə azərbaycanlı 2019-04-01 11:08:55

Bu vidionun 31 martda göstərilməyini niyə belə şişirdirsiniz. Guya 100 il bundan əvvəl soyqırım, 29 il bundan əvvəl 20 yanvar, 27 il bundan əvvəl XOCALI, hər bir rayonun işğal tarixinə və sairə qara ad günü keçrməklə nəyə nail oluruq. Bir gün yas saxlayırıq və bir neçə gün də həmin günlərdə oxuyan müğənliləri qamçılamqla məşqul oluruq, 3 gündən sonra hər şey yaddan çıxır və gələn ilki ildönümlərinə hazırlaşırıq. ALLAH heç bizlərə səbr verməsin. Kimlərsə Vaqif Mustafayevin “Yerlə göy arasında” filminə baxmayıbsa, baxsın. Orda bizim haqda amerkalı Con Brenşteynin bir monoloqu var “Ştobı vse vı umerli”. V.Mustafayev, onunsuzda 100 il yox 50 ildən sonra bir Həmid Herisçi çıxıb C.Məmmədquluzadə kimi sizi milləti “aşağıladığınıza” görə tənqid edəcək. V.Mustafayev, təəsüf edirəm ki Sizin kimi rejissoru Azərbaycan xalqı itirdi.

Köhnə azərbaycanlı 2019-04-01 11:08:55

Fikrimcə "həmin xanımlarla psixoloji və maarifləndirci görüşlər aparılmalıdır” yox həmin qadınların vidioları yayıb ictimailəşdirən kişilərlə psixoloji və maarifləndirci tədbirlər keçirilməlidir. Mən erkək cinsin nümayəndəsi (belə vidyonu yayanlalara görə kişi adından iyrəndim ) olaraq utandım. Kişinin həyatında hər şey ola bilər, lakin qadınını belə vəziyyətə salıb onu alçaq, əksik duruma salaraq onu ictimailəşdirmək ən azından be.q-tlikdir. Bu türk kişisinə yaraşmaz.

EJDER 2019-04-01 11:08:55

BU ANALOQU OLMAYAN HOKUMETIMIZIN,HARINLAMIW MEMUR BELALARININ ANALOQU OLMAYAN YAWAYIW TERZIDI,HANSILSRINA KI,XEBERDARLIQ,BARMAQ TESIR ELEMIYIB,ELEMIRDE HEC...KEYF ELEYIN,COCUQ MERCANLI BIZIMDI...APREL DOYUWLERINDEN YAZIN,BAWIMIZI QATIN...

Ekspert 2019-04-01 11:08:55

Guya polislər bilmir7 Kimdir.Maşının nömrəsi görünür.90sa888.

yengibar 2019-04-01 11:08:55

Aylıq maaşı 800-1000 manat olan məmur rüşvət aldığı, taladığı, oğurladığı pul hesabına hamının gözü qarşısında villalar, malikanələr tikir, maşınlar, fabriklər, zavodlar alır, ayıb omur.Hər gün hansısa nazir, icra başçısı, ya başqa birinin oğurladıqları üzə çıxır, heç kim reaksiya vermir.Kimsə gedib hardasa, ya da elə həmin məmurlara məxsus priton-otellərdə 2-3 lüt qızla video çəkib , paylaşıb. Nə olsun? Bunun hansı daha dəhşətlidir?İnsanları bu qədər harınlaşdıran həmin haram pullardır.

rasim 2019-04-01 11:08:55

Heç olmazsa dünənki gün bunu etməyəydilər! Ar olsun! Tapıb hamısını cəzalandırmaq lazımdır. Bu Azərbaycan qadınına vurulan ləkədir. Dırnaqarası Qərb mədəniyyətinin təzahürü. Təbiətin qanunlarının əksinə əxlaqsızlıq qanunları qəbul edənlərdən bundan artıq nə gözləmək olar (eyni cinslərin evlənməsi, mavilərin leqallaşdırılması və s.). Hələ üstəlik məcbur edirlər ki, bizdə bu qanunları qəbul edək.

t.ədalət 2019-04-01 11:08:55

O videonu yayanların ailə tərbiyəsində qüsur nəzərə çarpır.Başqasının ləyaqətini qiymətləndirə bilməyənlərin özlərinin ailələrində də həmin vəziyyət olur.Məsələn,yoxlasalar videonu yayanların psixi xəstəliyi,yaxud da narkomanlığı ortaya çıxar.Sağlam adamlar əxlaqlı olurlar.

yalçın 2019-04-01 11:08:55

31 martda yayılması əsla təsadüfi deyil..milli heysiyyətə sistemli, murdar həmlələrin bununla bitəcəyinə inanmıram..dəyərlərin tapdanması idarəolunan prosesinin kökü dərinlərdə və uzaqlardadır məncə...həm içdə, həm də dışda...

helime 2019-04-01 11:08:55

o qizlara ne ediblerse,eceb edibler,Onlar hara getrdiklllerini ve ne etdiklaerini chox yaxshi bilirdiler.Hereketlerinden bilinir ki,ele anadangelme bu ishle meshguldurlar.Onlari zorla aparmayiblar ki,Sadece,bunu yayan sherefsizdir.

AYRİM 2019-04-01 11:08:55

Ə qaqa canı boş-boş şeylərdi fikir vərməyin.Əsas odur ki, Paşinyana qalib gəlmişik. o ki qaldı qadın və ailə komitəsinə bir dəfə olsun Bakı barlarını vı ya otellerdə ki biabırcılığı yoxlayıbmı, görubmü ki, millətin cavan qiz-gəlinləri yaşam ucbatından hansı yollara düşüb? Yaxud bir parca övladına cörək qazanmaq xətrinə daha nə qalıb ki satılmasın ya? Vətən, torpaq namus qeyrət həbsi satılmırmı ya? Bu hələ harasıdır Ceyran xanim?

Pisi 2019-04-01 11:08:55

Bu hadise niye bu qeder sisirdilir basa duse bilmirem cox guman ki bilerekden bele edirler gundemi deyismek ucun.cunki bu tip oxsar videolar hemise olub niye indi reaksiya verilir ozde bele ciddi.tv lerde buna benzer hadiseler hergun gosterilir ona reaksiya versinler.o qizlarinda o veziyyete dusmeyinin sebebi issizlik ve normal tehsil ala bilmemeleridi

Son yazılar