VİDEOGÖRÜNTÜLƏRİ YAYILAN ŞƏXSLƏR SAXLANILDI - Rəsmi açıqlama

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə və bəzi xəbər saytlarında yayılan videoya münasibət bildirib.

DİN-in yaydığı açıqlamada deyilir: "Dünən - martın 31-də sosial şəbəkələrdə və bəzi internet saytlarında bir qrup şəxsin sərxoş vəziyyətdə əxlaqsızlığı təbliğ edən və cəmiyyətdə mövcud olan etik-davranış qaydalarına zidd hərəkətlərini özündə əks etdirən videogörüntü yayılıb.

Video geniş ictimai rezonans doğurduğundan və cəmiyyətin müxtəlif təbəqələri tərəfindən haqlı olaraq böyük narahatlıq və narazılıqla qarşılandığından DİN rəhbərliyinin tapşırığına əsasən məsələ ilə əlaqədar təxirəsalınmaz əməliyyat tədbirləri həyata keçirilib.

Nəticədə həmin görüntülərdə əks olunan 2 kişinin və 3 qadının şəxsiyyətləri müəyyən edilib və onlar saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinə gətiriliblər. İstifadələrində olan “Land Rover” markalı avtomobil isə mühafizə olunan duracağa yerləşdirilib. Araşdırmalar zamanı məlum olub ki, sözügedən eyş-işrət məclisi paytaxtdan kənardakı bağ evlərindən birində Bakı şəhər sakini Valeh İsrafilov və Rusiya vətəndaşı, əvvəllər məhkum olunmuş Cahid Kərimov tərəfindən təşkil olunub və orada iştirak edən 3 qadının da görüntüləri məhz C.Kərimov tərəfindən çəkilərək sosial şəbəkədə yayımlanıb.

Hazırda faktla bağlı müvafiq araşdırmalar davam etdirilir və nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".

635x100

Şərhlər

Obyektiv 2019-04-01 13:04:30

Qerıbe vezıyyet ve elece de yanashmalardır... XususiLe, ekser ehaLi Bakiya dolushandan beri LLerdi minLerLe gizli-ashkar "oyunLar" gedir.. TutaLim, hansisa kishi yolunu azdi, bes bu (qizishmish..) qizcigazLarin orada ne ishLeri vardi?! Dogrudan da sanki, bu ..... boyuk qehremanLiq eLeyibLermish kimi, bir mudafie de oLunurLar! HeLe bir uzu... qizmizi shekiLde deyir ki, "nishanLiyam, bu yaxinLarda aiLe qurasi idim"!.. )) UmumiyyetLe ushaqLari evLendirende de, ehtiyatLi oLmaq Lazimdir, riyakarLiq coxaLib..

Hamiz 2019-04-01 13:04:30

Əsl Azərbaycan kişisinə yaraşmayan hərəkət ediblər .Hər kəsin anası bacısı var.Belə hərəkət edən bilmək olmaz sabah.....

AYRİM 2019-04-01 13:04:30

Duqlas yaddan cixdi. Necə ki bir vaxtlar hamı oxuyurdu ki Aləm cənnətə dönsə yaddan cixmaz Qarabağ. Cıxıb ya cıxmayıb? Cıxmayıbsa ondan yazın dana qaddan alım. Nə düşüfsüz ey bunların üstünə. Bu da gəlib kecər biz axi yumşaq həlim dözümlü millət döyülükmü?

M, M, TEQAUDCU MUELLIM 2019-04-01 13:04:30

ONLARIN WEXSIYYETINI ARAWDIRSANIZ ONLAR QANI QANIMIZDAN OLMAYAN ERMENI TOREMELERI OLACAQDIRLAR, ONLAR VETEN OVLADI OLSAYDILAR HEC OLMAZSA 31 MART AZERBAYCANLILARIN SOYQIRIMI GUNU O ... HEREKETLERI ETMEZDILER A L L A H B U T U N W E H I D L E R I M I Z E R E H M E T E L E S I N

vekil 2019-04-01 13:04:30

cox maraqlidir onlara hansi madde qoyulacaq...axi cinayet prasesul meccelede onlarin hereketin mehdudlasdiran bir hal yoxdur yeqin kohne metod ise dusub e ...

yengibar 2019-04-01 13:04:30

Iki kişi bu qələti qaynadıb -Valeh İsrafilov və Cahid Kərimov!Bəs bu maşın yiyəsi yetim Səddamı niyə rüsvay edirlər?

Oqtay 2019-04-01 13:04:30

Maşının günahı nədir görəsən və məhkəmə maşına nə qədər iş varib görəsən

EJDER 2019-04-01 13:04:30

BOW BOW DANIWMAYIN,EREBLER BURADA NE OYUNDAN CIXIRLAR ,BILIRSINIZ...BU ANALOQU OLMAYANHOKUMETIMIZIN INKIWAFIDI.IW YOX,DOLANIWIQ YOX.CAMAAT ZIBILLIKDE EWELENIR.BESDIRIN NAQIL DANIWDINIZ

utaniram ad demeye 2019-04-01 13:04:30

Hami oradaki oglanlari pisleyir bes o uc ... qizlari nece?onlar qehramandilar he?gelin onda onlara xalq artisti adi verek,ela oxuyurlar,ayibdi onlari lazimdi birinci biabir etmek

Son yazılar