“Xalq Həyat” Sığorta Şirkəti səhmdarını açıqlayıb

Maliyyə Bazarlarına Nəzarət Palatasının bu il martın 27-də lisenziya verdiyi “Xalq Həyat” Sığorta Şirkəti ASC-nin səhmdarı 100% “Xalq Sığorta” ASC-dir.

“Report” xəbər verir ki, bu barədə “Xalq Həyat”ın açıqlamasında bildirilir.

Xatırladaq ki, yeni sığorta şirkətinin nizamnamə kapitalı 15 mlyon manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 10 manat olan 1,5 milyon ədəd səhm əsasında formalaşıb.

Məlumatda həmçinin deyilir ki, sığorta şirkətinə lisenziya 5 il müddətinə verilib. Onun İdarə Heyətinin sədri Roman Alpaşa oğlu Vəliyev, hüquqi ünvanı isə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 22 L-dir. Xatırladaq ki, "Xalq Sığorta" da bu ünvanda fəaliyyət göstərir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar