Milli Məclisə MSK üzvlərinin pensiyasına dair təklif təqdim edilib

Hesablama Palatası Milli Məclisə Mərkəzi Seçki Komissiyasının və Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü olmuş şəxslərin əmək pensiyalarına əlavələrin ödənilməsi üçün onların orta aylıq əməkhaqqının hesablanması qaydasının müəyyənləşdirilməsini təklif edib.

ONA-nın məlumatına görə, bu, Hesablama Palatasının 2018-ci ildə fəaliyyəti barədə Milli Məclisə təqdim olunan hesabatda əksini tapıb.

Sənəddə qeyd edilib ki, “Əmək pensiyaları haqqında” qanunun 20-ci maddəsi bir sıra kateqoriya şəxslərin (millət vəkilləri, prokurorluq və ədliyyə orqanlarının işçiləri, hərbi qulluqçular, hakimlər, dövlət qulluqçuları, Hesablama Palatasının üzvləri və s.) pensiyalarına qulluq stajına görə əlavələrin hesablanması qaydalarını tənzimləyir. Seçki Məcəlləsinin 18-ci maddəsinə əsasən, seçki komissiyaları sisteminə Mərkəzi Seçki Komissiyası (MSK), dairə seçki komissiyaları, məntəqə seçki komissiyaları daxildir. MSK 18 üzvdən ibarət tərkibdə fəaliyyət göstərir. Məcəllənin 23.1 və 24.2-ci maddələrinə əsasən Milli Məclis tərəfindən seçilən MSK-nın səlahiyyət müddəti 5 ildir. Qanunun 20.6-cı maddəsinə əsasən, bu qanunun 20.1.3-cü maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına MSK-nın fəaliyyətdə olan üzvünün və Naxçıvan MR MSK-nın fəaliyyətdə olan üzvünün əməkhaqqının 80 faizi miqdarı ilə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Lakin qulluq stajına görə əlavəyə hüququ olan digər kateqoriya şəxslərdən (millət vəkilləri, prokurorluq və ədliyyə orqanlarının işçiləri, hərbi qulluqçular, hakimlər, dövlət qulluqçuları, Hesablama Palatasının üzvləri və s.) fərqli olaraq onların orta aylıq əməkhaqqının hansı qaydada hesablanması qanunda göstərilməyib. Hesablama Palatası həmin boşluğun aradan qaldırılması üçün qanuna müvafiq əlavənin olunmasını təklif edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar