Myanmada avtobus dərəyə yuvarlanıb - 16 nəfər ölüb

Myanmada avtobusun 60 metr hündürlükdən dərəyə yuvarlanması nəticəsində azı 16 nəfər ölüb, bir neçə nəfər müxtəlif dərəcəli xəsarət alıb. “Report” xəbər verir ki, məlumatı “Global New Light Of Myanmar” qəzeti yayıb.

Bildirilib ki, hadisə ölkənin Yanqon şəhərindən şimalda baş verib. Avtobusda 40 sərnişin olub. Avtobusun sürücüsü tutulub, ona qarşı yol hərəkət qaydasını pozmaq ittihamı irəli sürülüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar