Dünyanın ən gəlirli şirkətlərinin adı açıqlanıb - Siyahı

Saudi Aramco neft şirkəti 2018-ci ildə dünyanın ən gəlirli kompaniyası olub.

Azərtac Bloomberg agentliyinə istinadla xəbər verir ki, bu barədə “Moody’s və Fitch” reytinq agentliyi məlumat yayıb. Ekspertlər Səudiyyə Ərəbistanı kompaniyasının xalis gəlirini 111,1 milyard dollar həcmində qiymətləndirib.

Bu göstərici ikinci və üçüncü yerlərdə qərarlaşan Apple və Samsung kompaniyalarının nəticələrini xeyli üstələyir. Belə ki, ötən il bu kompaniyalar müvafiq olaraq 59,5 və 35,1 milyard dollar vəsait qazanıb.

Saudi Aramco neft şirkətinin xalis qazancı Apple, Google və Exxon Mobil kompaniyalarının ümumilikdə götürülən gəlirindən də çoxdur.

635x100

Şərhlər

oxucu 2019-04-01 21:44:01

bizdə olsaydı çoxdan yağmalamışdılar

Son yazılar