London XİN-in yüksək rütbəli əməkdaşını Bakıya səfir göndərir

Böyük Britaniya kraliçası bu ölkə Xarici İşlər Nazirliyinin yüksək vəzifəli əməkdaşı Ceyms Şarpın Azərbaycana səfir təyinatını təsdiqləyib. Virtualaz.org xəbər verir ki, Ceyms Şarp Böyük Britaniyanın Bakıdakı səfiri vəzifəsindən getməyə və diplomatik xidmətdən istefa verməyə  hazırlaşan Kerol Kroftsu əvəzləyəcək. Şarp Bakıda səlahiyyətlərinin icrasına iyul ayında başlayacaq.

Ceyms Şarp 2017-2018-ci illərdə Britaniya XİN-in Şərqi Avropa və Mərkəzi Asiya direktorluğunda siyasi müşavir olub. Peşəkar diplomatdır və ondan əvvəl də XİN-də müxtəlif vəzifələrdə işləyib. 2018-ci ildən indiyə qədər isə XİN-də azərbaycan dili üzrə xüsusi kursa cəlb olunub.

Xatırladaq ki, Böyük Britaniyadan əvvəl ABŞ da Dövlət Departamentinin yüksək vəzifəli əməkdaşı Orli Litzenbergeri Bakıya səfir təyin edib. O, artıq səlahiyyətlərinin icrasına başlayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar