ABŞ Türkiyəyə "F-35" təyyarələri üçün hissələrin tədarükünü dayandırıb

ABŞ Türkiyənin Rusiyadan S-400 raketləri alması ilə əlaqədar bu ölkəyə "F-35" təyyarələri üçün hissələrin tədarükünü dayandırıb.

"Report" xəbr verir ki, bu barədə məlumatı "Reuters" mənbəyə istinad yayıb. Mənbə bildirib ki, təkcə yaxın müddət ərzində deyil, eyni zamanda gələcəkdə də nəzərdə tutulan bütün təchizatın göndərilməsi dayandırlıb. Belə ki, bu avadanlıqlar təyyarələrin gəlməsinə hazırlıq üçün lazımdır.

Qeyd edək ki, Türkiyə azı 100 ədəd "F-35 Lightining II" satın almaq niyyətindədir. Satınalma ABŞ-ın himayəsi ilə "F-35"lərin hazırlanması üzrə çoxmillətli proqram çərçivəsində həyata keçirilir. Ankara proqrama 2002-ci ildə qoşulub. Daha əvvəl ABŞ Konqresi Türkiyənin Rusiyadan "S-400" zenit-raket kompleksləri tədarük etmək planlarına görə qırıcıların Ankaraya satışını dayandırmaq niyyətində olduğunu açıqlayıb.

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar