Gürcüstanda azərbaycanlılar və gürcülər arasında kütləvi dava olub

Dərc olunub: 02/04/2019 - 00:10

9235e754-672e-4251-b9d6-c708e1bf3022Gürcüstanın Tsalka rayonunun Bareti kəndində azərbaycanlılar və gürcülər arasında kütləvi dava baş verib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə “Rustavi 2” kanalı məlumat yayıb. Məlumata əsasən, azərbaycanlı və yerli svanlardan ibarət iki qrup gənc arasında baş vermiş qarşıdurma nəticəsində 2 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Hadisəyə səbəb kimi müxtəlif versiyalar irəli sürülüb. Qarşıdurmaya səbəb iki ay öncə dini zəmində baş vermiş mübahisə göstərilsə də, bəzi kənd sakinləri buna siqaretin səbəb olduğunu bildiriblər.

Polis bir neçə gündür Bareti kəndində 24 saat rejimdə ictimai asayişi qoruyur.








loading...


Fikrinizi bildirin