ABŞ İrana qarşı sanksiyaları genişləndirməyi planlaşdırır

Birləşmiş Ştatlar hökuməti bu ilin mayında İrana qarşı sanksiyaları genişləndirməyi planlaşdırır. "Report"un məlumatına görə, bu barədə "Reuters" agentliyi Ağ ev administrasiyasının nümayəndəsinə istinadən xəbər verib.

Bildirilib ki, yeni qara siyahıda İran iqtisadiyyatının daha əvvəl sanskiyadan kənarda qalan sahələri yer alacaq.

Qeyd edək ki, bu ilin may ayında Birləşmiş Ştatların İranla nüvə razılaşmasından çıxmasının bir ili tamam olur. Rəsmi Vaşinqton İranla yeni bir razılaşmaya ehtiyac olduğunu və 12 maddəlik şərt paketi təqdim etdyini bəyan etmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar