"XALQ HƏRƏKATI"nda NÖVBƏTİ QALMAQAL - "Vurub uzadaram..." (VİDEO)

Ağ Partiya sədri Tural Abbaslı sabiq daxili işlər naziri İsgəndər Həmidovla aralarında baş verən narazılıqdan danışıb.

T.Abbaslı “Report”a açıqlamasında deyib ki, İsgəndər Həmidov onu təmsil olunduqları Azərbaycan Xalq Hərəkatından çıxarmaq istəyir.

Onun sözlərinə, hərəkatın sonuncu iclasında İsgəndər Həmidov hərəkatdan çıxarılmağını təklif edib: “O bildirdi ki, Tural Abbaslı hərəkata daxil olmayan partiyaların rəhbərləri ilə görüşlər keçirir, müzakirələr aparır. Sonra dedi ki, guya mən müsahibələrimdə yaşlı siyasətçilərin geri çəkilməsini istəmişəm. Mən də ona cavab olaraq dedim ki, hərəkatın Əsasnaməsində bu cür hallara görə xaric edilmə nəzərdə tutulmayıb. Kiminlə görüşürəmsə, qərarı özüm verirəm, hər bir partiya rəhbəri bunu edə bilər. Burada gizli nə var ki? Ağ Partiyanın başqanıyam, hansısa hərəkatın adından çıxış etməyə ehtiyacım yoxdur. Müsahibələrimdə dediyim fikirlər də xaric edilməyimə səbəb ola bilməz. Onun arqumentləri absurd idi, heç cür əsaslandıra da bilmirdi. İsgəndər Həmidovla aramda gərginlik yaşandı. Səsvermə zamanı onun təklifi keçmədi”.

O bildirib ki, İsgəndər Həmidova xüsusi aqressiyası yoxdur, münasibət işçi qaydadır.

T.Abbaslı Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının Xalq Hərəkatından xaric edilməsinə də münasibət bildirib: “Səbəb onun fəaliyyətinin Xalq Hərəkatına ziyan vurması göstərilib. Konkret olaraq fikir budan ibarət idi ki, ikigedişli fəaliyyət ziyanlıdır, ona görə də Nemət Pənahlı xaric edilməlidir, bu da səsverməyə çıxarılaraq qəbul olundu. Mən isə bu məsələdə bitərəf qalmışdım”.

635x100

Şərhlər

SH 2019-04-02 11:17:57

Indi aydin oldu ki, ne ucun Eli bey bu herekata qosulmadi. ..Onlarin ucbatindan Xalqimiz 25 Il geri dusdu. Azerbaycanin Milli Ziyalilari Eli beye komek etmelidi.(Anar kimiler yox...) Allah komeyiniz olsun! ...

Döyüşçü 2019-04-02 11:17:57

ekspert cox düzgün yanaşmadır.Yalnız Tural Abbaslı kimi cavan bacarıqlı siyasətçilərə meydan vermək gərəkdir.Ləkəli keçmişi olanların xalq adından danışmasına imkan verilməməlidir

TALİS 2019-04-02 11:17:57

Allah etməsin...Binlar yenidən hakimiyyətə gəlsin. İlahi bunu bizə nəsib etmə...

yalçın 2019-04-02 11:17:57

adı tam ərəb sözü olan hörgütdə belə şeylər qaçınılmazdır...örnək üçün: adı MHP olan bir hörgütün adında gerçəkdə bircə belə türk sözü yoxdur..

Vetendas Ekspert 2019-04-02 11:17:57

Her ikisi durumu dogru deyerlendiirbler! Lazim gelerse, Ancaq …? Siyasi arenani terk etmeyen Psevdolar.

Geber 2019-04-02 11:17:57

Ekspert dəqiq yazirsiniz , bircə əlavəm var ! Hakimiyyət , də müxalif fikirli insanlara Elciçəksayaqi baxmaqla ,özü özünü də , prosseslərin nəbzi haqqinda sadəlöh yanaşma mümaiyiş etdirmişdir. Beləki , qərbin müasir ,diğər ölkələrin poleqonlarda imtahandan cixmiş , qeyri səlis ğedişlərinə , Elcbbəyə baxan kimi baxirlar. Dünən ğözümümzün qabaqinda təlxəkin vasitəsi ilə , trilliyonlarla ölcülən dünyanin ən bahali neməti qara torpaqlar , hesab edin , ki qərbin əlinə kecdi. Bizdəmi , layiqik Fərdaya ?

Qabil 2019-04-02 11:17:57

Ay .... Rəhim Qaziyev İsagəndər Həmidov siz hələ adam olmamısınız? Sizin kimi səviyyəsizlərdən dövlət rəhbəri olmaz. Rəhmətlik Umummilli lider Heydər Əliyev sizin nə qədər səviyyəsiz adamlar olduğunuzu yaxşı bilirdi. Ona görə də sizə layiqli cəza verdi. Bu nə biyabrçılıqdı. Tural Abbaslı çox savadlı oğlandı Sizin kimilərin yanında niyə yer alıb bilimirəm. Siz 15 nəfərin yığışdığı bir iclası idarə edə bilmirsiniz, dövlət idarə etmək eşqinə düşübsünüz. Sizdən ancaq .... olar. VƏSSALAM. XALQ sizi çox yaxşı tanıyir. Belə boş-boş danışa-danışa .... gedəcəksiniz.

Ekspert 2019-04-02 11:17:57

Burda bircə Elcibəy əskikdir.Bəli 88-92-ci illərdə Milli hökuməti xalq yaratdı.Amma İsgəndərHəmidov,Rəhim Qazıyev,Elcibəy o hökuməti dağıtdılar.Qoçu xarakterləri ilə.Çünki ölkə prezidenti çox naşı insan idi.Demkonqresin bəzi iclaslarında mən də iştirak edirdim.Elcibəy haray-həşir edirdi ki,"mən 1 il prezident oldum.İmkan verin yenə prezident olum".İclasdakılar də belə haray-həşir edib onu lağa qoyurdu.Baxın həmin səhnədir.Bəzi iştirakçılar başqadır.Yəni Azərbaycanda Milli ziyalı yoxdur.Qulaq asma "noldur".

Geber 2019-04-02 11:17:57

Bu tipli hindistan filmləri , məsul şəxslər özlərinə təskinlik verəcəklərsə , ciddi səhfdir. kecmiş müalicəvi otlarda qətranlar indidə müalicə edə bilməz . Əksinə , məsul şəxsləri yatizdiracaq , nə baş verir ? suali suallanacaq , cavablanmayacaq . Vallah , o qədər mənasiz söz söhbətlər hakimiyyəti arxayinlaşdirib , ki nəsə yazmaqdan cəkinirsən , ki ikimənaliliqla ,onsuz da mənasizlanmiş ğundəmi ayiltmaqin mumkünsüzdür. Brodski Xammurapi haqqinda :_uzaqdan küncdən zərbə 11 m-ni əvəz edəcəkdir.

vekil 2019-04-02 11:17:57

hettda bunlara bele baxmaq isdemirem bunlar arxivdirler hemde uzuqara

Vətəndaş 2019-04-02 11:17:57

Yaranmamış qalmaqal baş verən partiyadan xalq nə gözləyə bilər?Xalq adından sui istifdə edərək milləti parçalamaq üçün yaradılan Guya Xalq hərəkatı adlandırılan qurumun məqsədi və amalı qalmaaldırmı?

Kecmis Susali 2019-04-02 11:17:57

Azerbaycan Xalqini Qarabag ugrunda qaldirib terrorcu ve terefdarlari ile Dovleti paylashirsiniz? 22 danishiqlar, uc il onceki gedishden sersem donush. Meydana huquqi qetiyyet qoymayan muxalifat, ya iqtidardan ne gozlemek olar?

Son yazılar