Sumqayıtda ticarət mərkəzi yandı -Fotolar

Sumqayıt şəhərində “Karvan” ticarət mərkəzində yanğın baş verib. Bakının 4 rayonunun yanğınsöndürənləri prosesə cəlb olunsa da yanığını ram eləmək mümkün olmayıb. FHN 5 insanın həyatını xilas edib. Lakin ticarət mərkəzində malları yanan sahibkarları saxlamaq olmayıb. Onlar işəri girib, həyatlarını riskə qoyub, mallarını xilas etmək istəyiblər. Sahibkarlar arasında söhbət gəzir ki, yanğından əvvəl partlayış səsi eşidilib. Lakin terror, ya da təxribat barədə hələlik qəti bir fikir söyləmək mümkün deyil.

Sumqayıt şəhər polis idarəsindən APA-ya verilən xəbərə görə, ərazidə FHN-nin Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri ticarət mərkəzinin ərazisində baş vermiş yanğının söndürülməsinə dair tədbirlər görüb.

Ərazidə sıxlıq olması səbəbindən yanğınsöndürənlər ticarət mərkəzinə yaxınlaşmasında müəyyən problemlər olub.

Əraziyə 1o-dan artıq yanğınsöndürən cəlb edilsə də, maşınlar əraziyə daxil ola bilməyiblər. Maşının əraziyə daxil olmamasının səbəbi ərazinin geniş olmamasıdir.

İnsanlar təşviş içərisindədir onlar arasında qarşıdurma yaranıb.

Yanğın nəticəsində 3 nəfər stress keçirib və təcili tibbi yardım həmin şəxslərə yardım edib. Yanğın digər sahələrə də keçib.

Tanınan ekspertlərdən biri isə "musavat.com"a bildirib ki, dövlət başçısının inaqurasiya mərasimi keçirilən gün belə bir güclü yanğının baş verməsi narahatedici amildir. (musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar