İSGƏNDƏRİN XƏCALƏT YIĞINCAĞI... – Bunlar Azərbaycana "demokratiya" gətirəcəklər... +VİDEO

Yerləşdiyimiz regionda, qonşu ölkələrdə demək olar ki, hər seçkidən-seçkiyə həm hakimiyyətdə, həm də müxalifətdə yeni simalar, ideyalar, yanaşma tərzləri görürük. Biz isə dəyişmək istəmirik ki, istəmirik – köhnə hamam, köhnə tas...

Reallıq belədir ki, savadlı, intellektual kəsim getdikcə daha çox siyasətdən uzaqlaşır ki, nəticədə onsuz də qibtə edilməyəcək siyasi mühitimizdə dərin boşluq yaranır, onu məişət, bazar səviyyəsinə endirir. Elə buna görədir ki, söyüşün biri bir qəpik olan bu mühitdə yenə özünə “Azərbaycan Xalq Hərəkatı” kimi pafoslu adlar qoyan, əslində isə iddiası ilə bacarığı, səviyyəsi tam ziddiyyət təşkil edən qruplar yaranır, siyasi ömrünü çoxdan başa vurmuş, tarixin arxivinə tullanmış təsadüfi və səviyyəsiz adamlar yenidən siyasi meydana atılmağa, guya bu xalqı xilas etməyə can atırlar.

Əlbəttə ki, ölkədə siyasi təşkilatlanmaya, yeni mütərəqqi qüvvələrin meydana çıxmasına ehtiyac var, ancaq bunun həmin özünü “Azərbaycan Xalq Hərəkatı” adlandıran təşkilat olduğunu demək üçün gərəkdir ki, ciddi əqli qüsurların olsun. Qoy bu qurumda təmsil olunan ciddi və hörmətə layiq simalar inciməsin, amma bir təşkilatın ki, qabaqda gedəni, ideya müəllifi İsgəndər Həmidov ola...

Bu gün internetdə həmin bu təşkilatın yığıncağından videokadrlar yayılıb. Kadrlardan belə başa düşülür ki, özünü “xalq hərəkatı” adlandıran bu qurumun “idarə heyəti” xalq üçün “həyati önəm kəsb edən” bir, daha doğrusu iki məsələnin ətrafında müzakirələr üçün toplanıb: Nemət Pənahlının təşkilatdan, Tural Abbaslının təşkilatın idarə heyətindən uzaqlaşdırılması.

N.Pənahlının əlbəttə ki, xüsusi təqdimata ehtiyacı yoxdur, T.Abbaslı isə siyasi partiyanın sədridir.

Sözsüz ki, bu şəxslərlə bağlı kimlərinsə, nəyisə müzakirə etməsi bu məmləkətdə onların həndəvərindəki dost-tanışlarından başqa çətin ki, kimisə maraqlandıra. Ancaq buna baxmayaraq, həmin bu təşkilat bir iclasla özündən söz etdirə bildi – dava-dalaşı, söyüşü, qalmaqalı ilə.

Özlərindən olsa, xalqın gələcək taleyini həll edəcək bir təşkilatın “tarixə düşəcək” iclasında səsləndirilən “siyasi replikalara” baxın – “bura qoçuxanadır?”, “tərbiyən olsun ə, gədə”, “bu nə hərəkətdi, ə...?”, “sən öl səni vurub uzadaram”, “uzatmayanın var-yoxuna lənət” və sair.

Ardınca İsgəndər Həmidov, bəli tanıdığınız o İsgəndər - nazir olduğu vaxt redaksiya hücum edib jurnalisti maşının baqajına basan, dövlət televiziyasının canlı efirinə soxulub sağa-sola tüpürcəklər püskürən, hər hərəkəti ilə təmsil olunduğu iqtidara üz qarası olan o adam, əsəbləri yenə dözmür və iclası aparana əl-qol da atır - əsl “O olmasın, bu olsun” filmindəki Məşədi İbadın ziyafətinin təkrarı.

Bu arada “tarixi toplantıda” T.Abbaslı ilə İ.Həmidovun dartışmasına kənardan müdaxilə edən birisi isə xəbərdarlıq edir: “Ə diqqətli ol, general-mayorla danışırsan!” Nə deyəsən beləsinə? Sonra araya başqa birisi girir və həmin bu generalı (!) müdafiə etməyə çalışır, o biriləri də əl çalır. Belə nəticəyə gəlmək olur ki, İ.Həmidov buraya başının dəstəsilə gəlib – Qoçu Əsgər kimi...

Nə isə, iclas dağılır. Dağılmamışdan az əvvəl isə bu toplantıya sədrlik etməli olan T.Abbaslı yeganə doğru və məzmunlu cümləni işlədir: “Nəyi müzakirə edirik, onu da bilmirik...”

Doğrudan da, bu adamlar nəyi, niyə müzakirə edirlər, bunlar Azərbaycana nə verə bilərlər – heç özləri də bilmirlər. Və bu səviyyəsizliyin də adını qoyublar “Azərbaycan Xalq Hərəkatı”...

Tahir

AzPolitika.info

635x100

Şərhlər

Əli-yə 2019-04-02 23:38:26

Azərbaycanı dünya miqyasında biabır edənlər bu söyüş söyənlər və xalq malını oğurlayan indiki iqtidarda olanlardır.Bunların hər ikisi arenadan getməlidirlər.Yoxsa Azərbaycana nicat olmayacaq.Yalandan xalqın adından istifadə edib məkrlı əməllərini həyata keçirənlərdən ölkəyəvə xalq ziyandan başqa heç nə gəlməz!Ən dəhştlisi isə milyonları, milyardları oğurladıqları təsdiqlənən,ölkə sərvətini xaricə daşıyanlar bəlli olduğu halda onların sərbəst yaşamını davam etməsi və məsuliyyətdən kənar saxlanmalardır.

Elşən 2019-04-02 23:38:26

konkret səviyyəsizlik tərbiyəsizlik bunun başqa adı yoxdur . bunlar kim olublar, bu gun kimdilər və kim olacaqlar. onu bilirəm ki bu cur insanlardan xalqa fəlakətdən başqa heç nə gəlməz.

Vətəndaş 2019-04-02 23:38:26

Bir qrup səviyyəsiz və fəaliyyətsiz " partiyaları"toparlayıb millətin başını qatmağa yönəldilmiş bu qurum kimə xidmət erəcək?Əgər iqtidra xidmət edəcəksə- nəticəsiz addımdır.Çünki bunların resursu bitib. Yoz əgər müxalifətə xidmət edəcəklərsə,(zatən bunlar müxalifət partiyasl statusundadırlar )keçən illər ərzində bu partiyaların səsi çıxıbmı, məramı və məqsədini kimə elan ediblər?Bu da boş! Belə halda bunlar kimə və nəyə gərəkdirlər?

Lətif Rəhimov 2019-04-02 23:38:26

İsgəndər meydanda oldu və meydanı bəlli səbəblərdən tərk etdi.İndi meydana çıxmasının bir mənası varmı? Sadəcə olaraq kminsə dudkasına gedib,zəif,fəaliyyətsiz,qurama "partiyaları"bir yerə yığıblar.guya ki, nəsə bir iş görəcəklər.Amma mənasız bir qurum adı düşünüb ortaya çıxmaq,milləti parçalamağa yönəlmiş bir cəhddirOnların fəaliyyətdə olan qurumlarla birləşməsi fydalı ola bilərdi.v

İlqar 2019-04-02 23:38:26

İSKƏNDƏR HƏMİDOV KİŞİ ADAMDIR. KASIB ƏHALİYƏ HƏMİŞƏ DAYAQ OLMUŞDUR. YUXARIDA QEYD OLUNAN KİMİ ONA QARŞI EDİLƏN TƏXRİBATLAR BAŞ TUTMAYACAQ. ÇÜNKİ MİLLƏTİMİZ ONU SEVİR. İNDİ İSKƏNDƏRİN MEYDANA ÇIXMAQ VAXTIDIR.

Məhər 2019-04-02 23:38:26

Əsl demokratiyadır bu. Və İskəndər həmidova qarşı qurulmuş təxribat. Çünki İskəndəri bütün millət sevir.

Əqtay 2019-04-02 23:38:26

İki nəfəri çıxmaq şərti ilə qalanları başqa ad altındas Ata Abdullayevlər imiş.Bəli Həmidov nəsə etmək istəyir alınır alınmır başqa sözdür bəs siz nə etmisiniz?

t.ədalət 2019-04-02 23:38:26

O yerdəki ,,, var,deməli, ölkəmizə xarici kəşfiyyat orqanlarının əli işləyir. Bunlar millətin üz qarası,cəhalət və xəyanət adamlarıdırlar. Savadsızlıq, küçə əxlaqından başqa heç nələri yoxdur. Rusiyanın idarə etdiyi bu adamlar öz hərəkətləri ilə,bəlkə də,,,

Mehdi 2019-04-02 23:38:26

Allah sene qeni qeni rehmet elesin Üzeyir bey.Ne qeder guldum.Ele bil o vaxtki isler tezeden tekrar olur.Bunlar hokumeti deyisib hokumet quracaqlar?

Bashirov Qarib 2019-04-02 23:38:26

Bəyənmədiyiniz bu muxalifətin hesabına öğlkədə islahatlar aparmaq adına bir şeylər etmək göruntusu də olsa yaradırlar.Muxalifət öz gucunu göstərməlidir ki,iqtidar toparlana bilsin.Muxalifət gucsuz olarsa,iqtidar da gucsuz sayılır. Bu qanundur.

Əli 2019-04-02 23:38:26

Mən bu mıxbir yazanla tam razıyam bunların danışıq qabiliyyəti yoxdur bunu biz azpolitikadan oxuyuruq bəs mədəni danışıb özləri yazan qanunları pozub üstü örtülü biznesnən məşqul olan sadə deputatlar onların başçısı barədə yazılanlara nə deyək?Bu hansı tərbiyənin göstəricisidir?Götürək nazirləri və başqa məmurlar barədə yazılanları İH başçılarını hansını tərpədirsən altından halal qazanılmamış yəni oğurluq milyonlar çıxır hansını ki xaricə daşıyırlar.Hansılar yaxşıdır söyənlər ya oğrularla demokratiya

Qoyun 2019-04-02 23:38:26

Ala bunlar lap çobandırlar! Hahaha

İsrafil 2019-04-02 23:38:26

Belə adda qurumun yaradılmsının belə adamlara tapşırmaq özü səviyyəsizlik və milləti aşağılamaqdır.Bunlar artıq özlərini ifşa etmiş , bacarıqsız,hay-küyçü,boşboğaz olduqlarını,kimlərinsə tütəyini çaldıqlarını mmillət bilir.Bir-iki nəfər üzvü olan, illərdir fəaliyyəti hiss olunmayan partiyalar bağlnmalıdır.

oxucu 2019-04-02 23:38:26

Bu İskəndər Həmidov düzəlməyib hələ də. 72 yaşlı .... .Xalq sizdən heç nə gözləmir ay özlərindən bi xəbərlər.hərdən şəxsiyyər vəsiqənizə baxən ,birdən unudarsız ha yaşınızı.sizin taylarınız çoxdan qara mərmərdən baxır. əsl Məşədi İbadın məclisiş Ay hay.Yazıq o millətə ki onu siz idarə edəcəksiz. Ay yazıqlar sizin qatarınız çoxdan gedib.

Son yazılar