Putinin qızının fondu «Rosneft»dən 28 milyon pul alıb - "Patent araşdırmaları" üçün...

«AzPolitika.info»-nun Rusiya KİV-nə isinadla verdiyi xəbərə görə, Rusiya Federasiyasının (RF) prezidenti Vladimir Putinin ehtimal olunan qızı Katerina Tixonovanın başçılıq etdiyi «Milli intellektual inkişaf» Fondu «Rosneft» şirkətindən 28 milyon rubl alıb. «Dövlət satınalmaları» saytına istinadla, «MBX Media» nəşrinin məlumatınagörə, məbləğ patent araşdırmaları aparmaq məqsədilə ayrılıb.

Portalın məlumatına görə, Fond «İnnopraktika» brendi altında fəaliyyət göstərir. Sifarişdə məhz hansı patent araşdırmalarının aparılacağı dəqiqləşdirilməyib - «Texniki tapşırıq» bölməsi boşdur. Yalnız bildirilir ki, araşdırmalar şirkətin innovasiya fəaliyyətinin prioritetləri nəzərə alınmaqla həyata keçirilməlidir.

Bir sıra KİV-in məlumatına görə, Tixonova Putinin kiçik qızıdır. O, həm də «Milli intellektual inkişaf» fondunun həmtəsisiçisidir. Fond Moskva Dövlət Universitetinin (MDU) milli intellektual ehtiyat Mərkəzi ilə birlikdə «İnnopraktika» brendi altında fəaliyyət göstərir.

Son 5 ildə Fond 1,3 milyard rubl dəyərində 40 dövlət kontraktı imzalayıb. Bu pulların yarıya qədəri 2017-ci ildə alınıb. Fondun baş sifarişçisi «Rosneft» və onun «Arktika elmi mərkəzi» adlı törəmə müəssisəsidir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar