Əsrin ortalarına Yerdə 10 milyard insan yaşayacaq - BMT

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) Əhali Fondu və İqtisadi və Sosial İnkişaf Komissiyasının (ƏFİSİK) Yer əhalisinin sayı barədə hesabatı dərc olunub.

BMT Baş katibinin hesabatına görə, hazırda planetdə 7,7 milyard nəfərə yaxın insan yaşayır və bu rəqəm durmadan artacaq.

Ekspertlər proqnoz edirlər ki, 2050-ci ilə Yer əhalisinin sayı 9,7 milyarda çatacaq və bununla yanaşı, əsrin sonuna artım ahəngi aşağı düşəcək - 2100-cü ildə Yer sakinlərinin sayı 11 milyard olacaq.

BMT-də xəbərdarlıq edirlər ki, əhali artımı planetin bütün ekosistemini təhdid edir və təbii resurslara böyük təzyiq göstərəcək.

Bu zaman əhalinin sayının artması onun qocalması, doğuşların azalması və sürətli urbanizasiya ilə müşayiət olunacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar