İstanbulda səslər yenidən sayılacaq - AKP-nin etirazı qəbul edildi

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul mahal nümayəndəliyinin etirazından sonra Türkiyənin Ali Seçki qurumu İstanbulun 8 mahalı ilə bağlı qərarını verib.

Türkiyə mediası xəbər verir ki, Fateh, Beykoz, Çekmeköy, Şile, Bayrampaşa və Çatalca kimi mahallarda etibarsız səslər yenidən sayılacaq.

Səslərin sayılması prosesi bütün partiya nümayəndələrinin iştirakı ilə baş tutacaq. Seçki qurumu AKP-nin Bəyoğlu və Sancaqtəpə ilə bağlı etirazını isə rədd edib.

Qeyd edək ki, AKP İstanbulun 39 mahalında seçkinin nəticələrinə etiraz etmişdi. Ortaya sənədlər qoyularaq belə iddia edilir ki,  bir çox seçki dairələrində Binəli Yıldırıma verilən səslər ya qəsdən etibarsız yazılıb, ya da Ekrem İmamoğlunun adına yazılıb. Binəli Yıldırıma verilmiş 17 400 səsinin Ekrem İmamoğlu və digər namizədlərin adına yazıldığı göstərən seçki protokollarının şəkiləri də paylaşılb. Bu isə İstanbul Böyük Şəhər Bələdiyyəsinin başqanının yenidən dəyişə biləciyindən xəbər verir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar