FHN-dən “Diqlas”ın direktor müavininin ittihamlarına münasibət

Fövqəladə Hallar Nazirliyi (FHN) “Diqlas” ticarət mərkəzinin direktor müavini Araz Rəhimovun ittihamlarına münasibət bildirib.

FHN-in Mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı “Report”a açıqlamasında deyib ki, ticarət mərkəzinin nümayəndəsinin Nazirlik haqqında səsləndirdiyi fikir cəfəngiyatdır.

O vurğulayıb ki, “Diqlas” ticarət mərkəzində təhlükəsizlik qaydalarına riayət olunması ilə bağlı Ticarət Mərkəzinin rəhbərliyinə və Nizami Rayon İcra Hakimiyyətinə müraciətlər edilib: “Sözügedən ittihamları, ümumiyyətlə, müzakirə etməyə dəyməz. Araz Rəhimovun səsləndirdiyi fikirlər absurddur və cəfəngiyatdan başqa bir şey deyil”.

Qeyd edək ki, “Diqlas”ın direktor müavini Araz Rəhimov ticarət mərkəzinin təhlükəsizlik qaydalarına əməl etmədən fəaliyyət göstərdiyinə icazə verdiyi üçün FHN-i ittiham edib. Bununla yanaşı, A.Rəhimov FHN tərəfindən hər il elektrik naqillərinin aktı üçün 250 manat tələb edildiyini, onlara bir ədədi 50 manatdan ödsöndürən satıldığını və yanğınsöndürənlərin yanğına laqeyd yanaşdığını bildirib. ”Diqlas” rəsmisi bütün bunların müşahidə kameralarında lentə alındığını vurğulayıb.

635x100

Şərhlər

vətəndaş 2019-04-03 15:54:04

FHN-ə yarandığı gündən bu günə kimi nəqədər pul ayrılıb? Bu nazirliyin vaxtında yanğını söndürməsi nəticəsində dövlətə və ya sahibkara nə qədər xeyir verilib? Bu fərq nə qədərdir? DİN-in Yanğından mühafizə İdarəsini qeyri-peşəkarlarla doldurub, Milyardlarla vəsait sərf edib, FHN yaratmağa ehtiyac varmı? Neft pulları niyə göyə sovrulur?

Son yazılar