İCRA BAŞÇISININ TOPDAĞITMAZ ƏMLAKI – Siyahı + FOTOLAR

Son günlərdə yayılan 3 çılpaq qızın videosu ilə bağlı bir çox məmur övladlarının da adı hallanır. Bu qalmaqalda adı hallandırılanlardan biri də Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin oğludur.

Düzdür, icra başçısı bu qəbildən olan məlumatları təkzib edib, bununla belə sosial şəbəkələrdə Adil Vəliyevlə bağlı şok informasiyalar ara vermir. Bu dəfə isə icra başçısının sahib olduğu mülklər və biznes obyektləri ilə bağlı siyahı yayılıb.

Sosial şəbəkələrdə icra başçısına məxsus olduğu iddia edilən əmlakların siyahısını oxuculara təqdim edirik:

1. “Sarı gəlin” şadlıq sarayı;

2. “AQAT” şadlıq sarayı;

3. “Bakıxanov Rezidens” yaşayış kompleksi;

4. “Volkswsvagen”, “Porche”, “Audi”, “Seat” avtomobil markalarının ölkəmizdə rəsmi dileridir. Bu markaların satıldığı bütün mərkəzlər A.Vəliyevə məxsusdur.

5. Binalara üzlüklər çəkən şirkət (“AQAT”)

6. “Azəravtoyol”un bütün tenderlərində qalib olan şirkətlər (Bilgən, Nardaran, Kürdəxanı, Pirşağı, Goradil, Novxanı, Saray, Corat yolunu (39,6 km) A.Vəliyevin şirkətləri çəkib.(minval.info)

635x100

Şərhlər

Cabir 2019-04-03 18:30:47

Yeni Azərbaycan Partiyasının üzvüdwr.Onlara yaşıl işıqdır.Vəzifə,soyğunçuluq,rüşvət talan YAP-çılara icazəlidir.Çünki nəzarət edəsilər də eyni tayfadandır.

Son yazılar