Əfqanıstan əhalisinin yarıdan çoxu kasıblıqdan əziyyət çəkir - ABŞ-ın «antiterror» siyasətinin fəlakətli nəticələrindən yalnız biri...

«AzPolitika.info» xarici KİV-ə istinadla xəbər verir ki, Əfqanıstan əhalisinin ümumi sayının 51,7 faizi kasıblıqdan əziyyət çəkir. Onların 58,0 faizi azyaşlılardır. Bu barədə YUNİSEF və Oksford Universitetinin 2016-2017-ci illərdə apardığı araşdırmalara əsasən Əfqanıstan milli statistika və informasiya idarəsinin hesabatında söhbət açılır.

Əfqanıstanda 10 uşaqdan 6-sı «çoxaspektli kasıblıq» kateqoriyası altına düşür. Bu zaman kasıblığın səviyyəsi şəhərlərdə və kənd yaşayış məntəqələrində kəskin fərqlənir: şəhər əhalisinin ümumi sayının 18,1 faizi çoxaspektli kasıblıq kateqoriyası altına düşdüyü halda, kənd rayonlarında bu göstərici 61,1 faizə çatır.

Bu göstərici üzrə ən firavan əyalət Kabuldur. Burada çoxaspektli kasıbların sayı şəhər sakinlərin 14,1 faizinə bərabər olub.

Ölkədə kasıblığın ən yüksək səviyəsi şimal-qərb bölgəsindəki Badqis əyalətində qeydə alınıb - 85,5 faiz.

Buradan əyani surətdə görünür ki, Amerika Birləşmiş Ştatları (ABŞ) və qərb koalisiyasının uzun illərdir Əfqanıstanda apardığı «antiterror siyasəti» bu ölkəni fəlakətli duruma gətirib ki, bunun da total fəsadları yerli əhalinin bir neçə nəslinin dəyişməsindən sonra ortaya çıxacaq. Miqyasına görə, ABŞ-ın Əfqanıstanda yerli əhaliyə qarşı həyata keçirdiyi genosid siyasətini Amerika hindudlarına qarşı törədilmiş amansız cinayətlərlə müqayisə etmək olar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar