"Qarabağın hər bir kəndində Azərbaycan bayrağı dalğalanacaq" - Mehriban Əliyeva

 "Qarabağın hər bir kəndində, hər bir şəhərində Azərbaycan bayrağı dalğalanacaq". "Report" xəbər verir ki, bu sözləri Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüşündə deyib.

Birinci vitse-prezident bildirib ki, Azərbaycanın belə oğullarının olması ilə fəxr edir: "Mən hər zaman deyirəm ki, Azərbaycan çox zəngin ölkədir, sərvətləri, gözəl təbiəti var. Amma bizim ən böyük sərvətimiz Azərbaycan xalqıdır, Azərbaycan insanıdır. Doğrudan da Azərbaycan xalqı fəxr etməlidir ki, sizin kimi oğullar yetirib. Analarımız fəxr etməlidirlər ki, sizin kimi igid övladlar böyüdüblər. Belə xalqla, belə əsgərlərlə, zabitlərlə, belə qardaşlarla biz Qarabağı mütləq qaytaracağıq. Qarabağın hər bir kəndində, hər bir şəhərində Azərbaycan bayrağı dalğalanacaq".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar