BAKIDA RESTORANDA ATIŞMA - Yaralılar var

Aprelin 3-də saat 19.30 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən kafelərin birində ailə münaqişəsi zəminində mübahisə yaranıb.

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Biləcəri qəsəbəsində yaşayan Elmar Quliyev həyat yoldaşının ailə-məişət münasibətlərinin pozulması zəminində ata evinə qayıtması məsələsinə aydınlıq gətirilməsi üçün E.Quliyevi və onun yaxınlarını qayınatası, Vəli Nəbiyev kafeyə dəvət edib. Görüş zamanı tərəflər arasında qarşılıqlı mübahisə yaranıb.

E.Quliyevin atası Elnur Quliyev üzərində olan “Ekolbotan” markalı, pnevmatik idman (səs) tapançası ilə atəş açıb.

Faktla bağlı Binəqədi RPİ-nin İstintaq şöbəsində CM-nin 221.3-cü maddəsi ilə cinayət işi başlanılaraq E.Quliyev, onun atası və dostu, eləcə də V.Nəbiyevin qardaşı, şübhəli şəxs qismində saxlanılaraq, hadisə zamanı istifadə olunmuş idman tapançası aşkarlanaraq götürülüb.

Binəqədi RPİ-də istintaq davam etdirilir.

***

Binəqədi rayonu Çeşməli restoranında yeyib-içən qohumlar arasında mübahisə düşüb, mübahisə güllələnmə ilə nəticələnib.

ONA-nın məlumatına görə, hadisə zamanı 2 nəfər xəsarət alıb.

37 yaşlı Elçin Nəbiyev əlinin deşilmiş kəsilmiş yarası diaqnozu ilə Klinik Tibbi Mərkəzə çatdırılıb, ikinci zərərçəkmiş 44 yaşlı Vəli Nəbiyev kəllə beyin travması alıb. O da KTM-ə yerləşdirilib.

Səhiyyə Nazirliyindən ONA-ya bildiriblər ki, yaralıların həyatı üçün təhlükə yoxdur.

635x100

Şərhlər

Həbib 2019-04-04 16:37:31

Azərbaycan Texasa çevrilib.Bəs DİN hara baxır?

Son yazılar