Nazirliyin qarşısında intihara cəhd - Video

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qəbul otağında Əhməd Hümmətov adlı vətəndaş intihara cəhd edib. Nazirliyin mühafizəçiləri bu cəhdin qarşısını alıblar.

Əhməd Hümbətov maddi sıxıntılardan cana gəldiyini, bu səbəbdən də çıxış yolunu intihar etməkdə gördüyünü deyib.

O, “Azadlıq” radiosuna açıqlamasında deyib ki, dövlətdən iş istəyir: “Bir dənə iş versinlər, başqa istədiyim yoxdur. Demirəm ki, məni bələdiyyə, icra başçısı qoysunlar, fəhləlik üçün iş versinlər. Onu da vermirlər, mümkün deyil, hər şey rüşvətdi. Pulun yoxdursa, yıxıl öl”.

Əhməd Hümmətov deyir ki, evi olmadığına görə ailəsiylə parklarda gecələyir: “Nə qədər parkda yaşamaq olar?”

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev intiharın etmək istəyən vətəndaşın sənədlərinin qaydasında olmadığını deyir. Nazirlik rəsmisi bildirir ki, prosedur qaydasına əməl edilməsə də, Əhməd Hümmətov müavinətlə təmin olunacaq.

“Təmiz Dünya” İctimai Birliyi ailəni sığınacaqla təmin edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar