“WhatsApp” üçün yeni üsul - Aldanmayın

“Eset” antivirus proqram təminatı istehsalçısı “WhatsApp” istifadəçilərini diqqətli olmağa səsləyib. Lent.az ictnews-a istinadən xəbər verir ki, "fişinq" hücumu zamanı messencerdə interfeysin rənginin dəyişdirilməsi adı altında zərərverici genişlənmə quraşdırılır.

Şirkətin məlumatına görə, potensial qurbanlar “WhatsApp”ın interfeysinin yaşıl rəngini istənilən digər rəngə dəyişdirməyi təklif edən mesaj alırlar. Bundan ötrü istifadəçilər linkə keçid etməli, zərərverici komponent və ya bütün proqramı quraşdırmalıdırlar.

Fərdi kompüter və noutbuk istifadəçilərinə “Chrome” brauzeri üçün “Black Theme for WhatsApp” adlı genişlənməni yükləmək tövsiyə edilir. Messenceri açdıqdan sonra quraşdırılmış genişlənmə avtomatik olaraq kontakt siyahısı və qrup çatları üzrə “cəlbedici” təklif göndərir.

Smartfon sahiblərini virusa yoluxdurmaq üçün başqa ssenari nəzərdə tutulub. Onlar interfeysin rənginin dəyişdirilməsi üçün linkin 30 dost və ya 10 çat ilə paylaşılması haqqında bildiriş alırlar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar