Barselonada 66 Gürcüstan vətəndaşı saxlanılıb
Baxiş sayı:
Dərc olunub:
05/04/2019 - 00:31
Gürcüstan və İspaniya hüquq mühafizə orqanlarının əməkdaşları Barselonada 66 Gürcüstan vətəndaşını saxlayıblar."Report" xəbər verir ki, bu barədə İspaniyanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, "Merlin-Taka" adı altında keçirilən genişmiqyaslı əməliyyatda 250 hüquq mühafizə orqanlarının əməkdaşları iştirak edib. Nəticədə 100 nəfərə yaxın şəxs saxlanılıb.
Əməliyyat əsasən Barcelonada kriminal qruplaşmaların yerləşdiyi məktəbdə aparılıb. Saxlanılan şəxslərin 66-sı Gürcüstan vətəndaşlarıdır. Onlardan 25-i oğurluqda, 41 nəfəri isə miqrasiya ilə bağlı qanunları pozmaqda şübhəli bilinərək saxlanılıb.
Son yazılar
20:45
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.