"Minsk görüşləri dünyanın taleyini həll edir" - Poroşenko

Ukrayna prezidenti Pertro Poroshenko Minskdə deyib ki, onun Rusiya prezidenti Putinlə və Avropa Birliyi liderləri ilə Minskdəki görüşləri dünyanın və Avropanın taleyini həll edəcək.

Poroshenko bunu Minskdə çoxtərəfli danışıqlar vaxtı deyib. Həmin danışıqlarda Rusiya, Qazaxıstan, Belarus prezidentləri və Avropa Birliyinin xarici siyasət rəhbəri Ashton iştirak edir.

Poroshenko bildirib ki, o siyasi kompromiss axtarır və separtaçılara silah təchizatı dayansa şərqi Ukranayanda sülhə yol açılar.

Rusiya prezidenti Putin deyib ki, Ukrayna böhranı Kiyevlə şərq regionlarının təmsilçiləri arasında birbaşa danışıqlarla həll oluna bilər.  /AzadlıqRadiosu

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar