DİREKTOR MÜAVİNİ POLİS ŞÖBƏSİNDƏ ÖLDÜ! – Rəsmi açıqlama

Dərc olunub: 05/04/2019 - 10:21

3fe2b685-f0cd-4a68-8e44-e5cfb83dbe59DİN-in Mətbuat Xidmətinin Gəncə Regional qrupu Goranboy Polis Şöbəsində baş vermiş ölüm hadisəsi barədə açıqlama yayıb.

“Report”a daxil olan məlumatda bildirilib ki, axşam saat 20:30 radələrində Goranboy rayon sakini, 1956-cı il təvəllüdlü Yolçiyev İlham Zakir oğlu idarə etidyi “VAZ-2107″ markalı avtomobillə hərəkətdə olan zaman (ailəsi ilə birgə), uzaq görən işıq vurma qaydalarını düzgün istifadə etmədiyi üçün yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Bu zaman sürücünün sərxoş olduğu da məlum olub və polis əməkdaşları tərəfindən Goranboy rayon Polis Şöbəsinə aparılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə protokol tərdib edilib və sonra buraxılıb. İ.Yolçiyev şöbənin həyətinə çıxan zaman anidən halı pisləşib. Oraya dərhal təcili tibbi yardım briqadası çağrılıb və təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılan zaman yolda ürək tutmasından ölüb.

“Ailəsi də (həyat yoldaşı, qızı və oğlu) orada olub və onlar polisdən hərhansısa bir şikayətləri olmadığını, İ.Yolçiyevin ailəsində irsi olaraq ürək xəstəliyi olduğunu bildiriblər”, – deyə, məlumatda bildirilib.

İlham Yolçiyev Goranbay rayonu, Elxan Məmmədov adına Goranlı kənd orta məktəbinin direktor müavini olub.








loading...


Fikrinizi bildirin