ELMAR MƏMMƏDYAROVUN ERMƏNİ QADINLARLA SÖHBƏTİ - Video

Dünən Brüsseldən Moskvaya uçan təyyarədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Ermənistan vətəndaşları ilə qısa söhbəti olub. Söhbət zamanı Qarabağ problemilə bağlı da tərəflər arasında dialoq olub. 

Elmar Məmmədyarov bildirib ki, Dağlıq Qarabağ münaqişəsini dinc, siyasi-diplomatik yolla tənzimləmək vacibdir :“Hamı nəticələrin müxtəlif olduğunun düşünür. Hərə öz tarixinə əsaslanıb, kimin günahkar, kimin isə doğru olduğunu deyir. Fikrimcə, 2016-cı ilin apreli bizə göstərdi ki, bölgəyə sülh hələ gəlmir”.

O qeyd edib ki, münaqişənin dinc yolla tənzimlənməsi vacibdir: “Müharibə münaqişənin dinc yolla tənzimləməsinə qarşı ən böyük təhlükədir. Əlbəttə, başqa reallığın və yeni imkanların yaranması, münaqişəni iki xalqın həll etməsi üçün birmənalı şəkildə Ermənistan ordusu Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmalıdır”.

Erməni qadının "Azərbaycanın niyə sülhdən danışır, ancaq əksinə hərəkər edir" sualına cavab olaraq nazir bildirib ki,  "cavab çox sadədir. Ona görə ki, Ermənistan ordusu Azərbaycan ərazilərini işğal edib".

E.Məmmədyarov bildirib ki, Azərbaycan ərazisi hələ də Ermənistan hərbçilərinin işğalı altındadır.

“Ermənistan vətəndaşı niyə hərbi xidməti Azərbaycan ərazisində keçir?”, - nazir erməni jurnalistlərə sual verib.

Rusiyadan olan stüardessa söhbətin davamına imkan verməyib.

Elmar Məmmədyarovun Ermənistan vətəndaşları ilə söhbətinin videosunu təqdim edirik.

635x100

Şərhlər

466 2019-04-05 10:50:48

nazir cənablarının rəhbərlik etdiyi qurumda milliyyəti erməni olan şəxslər çalışır, bəzilərinin isə nazir cənabları ilə şəxsi dlostluq münasibətləri vardır. Nazir cənablarının nazirliyində ruspərəstlər, ermənipərəstlər və iranpərəstlər söz sahibidirlər. Türklər isə azlıqdadır.

t.ədalət 2019-04-05 10:50:48

Müharibəyə məruz qalmış,əraziləri işğal edilmiş ölkənin xarici işlər naziri bu qədər səviyyəsizlik etməməlidir.Qorxa-qorxa ümidini dünya fahişəxanalarının üzvləri olan erməni qadınlarına bağlayanlar,ancaq və ancaq ölkəmizə utanc gətirir.Bunlar hələ də .....Onlarla heç bir sahədə uğur qazanmaq olmaz.

Tufan 2019-04-05 10:50:48

Yaxshi cavablarini verdi

Sahib 2019-04-05 10:50:48

Ermədir də--------

Ramazan SİRACOĞLU 2019-04-05 10:50:48

Cənab E. Məmmədyarov Qarabağ toponiminin mənasını axçiyə rus dilində açıqlayanda (videonun 2.40-cı saniyəsi) qara sözünü yanlış çevirdi. "Qara" sözü bu məqamda rəng deyil, "böyük" mənası ifadə edir. Qarabağ- "Böyük bağ" deməkdir. Qara vəzir, qara nər, qara oğul, qara kütlə, Qaradağ, Qara dəniz, qara nay vs ifadələrində də "qara" sözü məhz bu anlamdadır.

Son yazılar