"İNSANLARI İNCİDİRLƏR, RÜŞVƏT YIĞIRLAR, PROSES ÇOX CİDDİDİR..." - Deputat

"Media sistemində də islahatlara başlamaq lazımdır"

“Bu islahatlar davamlı olacaq. Çünki cənab prezidentin cəmiyyətə mesajı ondan ibarət oldu ki, islahatlar davamlı olacaq. İslahatlarda da əsas məqsəd şəffaflığı təmin etmək, korrupsiyanı aradan qaldırmaq, insanların həyat şəraitini yaxşılaşdırmaqdır. Əsas bu 3 məsələdən söhbət gedir”. Bunu Modern.az-a açıqlamasında deputat Vahid Əhmədov Prezident İlham Əliyevin məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi ilə bağlı imzaladığı Fərmanı şərh edərkən deyib.

Deputat bildirib ki, bir müddət əvvəl sosial müavinətlər, bank sistemi ilə bağlı bir neçə sənəd imzalanıb. İndi isə məhkəmə-hüquq sistemi ilə bağlı Fərman verilib: “Bu, inqilabi Fərmandır. Çünki Azərbaycanda ən çox şikayət olunan sahə məhkəmə sistemidir. Məhkəmə sistemindən yüz minlərlə şikayətlər var. İnsanları incidirlər, rüşvət tələb edirlər, süründürməçiliyə yol verirlər. Qərarlar Azərbaycan qanunlarına uyğun yox, müəyyən təzyiqlər nəticəsində qəbul olunur. Fərmanda məhkəmələrin müstəqilliyini təmin etmək üçün bütün göstərişlər verilib. Məhkəmənin sosial vəziyyətinin yaxşılaşdırılması barədə maddə var. Bütün bunlar ondan ötrüdür ki, məhkəmələr artıq Azərbaycanda dönməz prosesin getdiyini başa düşsün. Bu prosesi idarə edən cənab prezidentdir”.

Vahid Əhmədov vurğulayıb ki, hər hansı bir məhkəmə, yaxud da istər yuxarı, istərsə də aşağı instansiya olsun, müəyyən addımlar atacaqsa, cəzalandırılacaq: “Əsas o təşkilatlara tapşırıq verilir ki, faktiki olaraq məhkəmələri bu günə salıblar. Hesab edirəm ki, məhkəmələr tam sərbəst olmalıdır. Heç kimin tabeliyində olmamalı, ayrıca qurum olmalıdır. Bütün dünyada olduğu kimi, qərarları da sərbəst qəbul etməlidirlər. Heç kimə də qulaq asmamalıdırlar. Azərbaycan dövlətinin qanunlarına, Mülki Məcəllə, İnzibati Məcəllə və digər qanunlara uyğun olaraq qərarlar verməlidirlər. Əgər insanın cəzası varsa çəkməlidir. Bu da tam şəffaf olmalıdır. Cənab prezident qeyd edib ki, audio yazılar aparılmalı, çəkilişə icazə verilməlidir. Başa düşürəm ki, hərbi və dövlət sirri olan məsələlər var ki, onlar qapalı keçirilə bilər. Ancaq qalan məhkəmələr açıq keçirilməlidir.

Həmçinin, sahibkarları məhkəmələr çox incidirlər. Bu da problemdir. Minlərlə şikayəti məhkəmələrə göndəririk. Proses çox ciddidir”.

Milli Məclisin deputatı media sahəsində də islahatların aparılmalı olduğunu qeyd edib: “Eyni zamanda, media sistemində də islahatlara başlamaq lazımdır. Millət vəkili olaraq deyə bilərəm ki, media sistemi bizi qane etmir. Çünki media sistemində yalnız birtərəfli işıqlandırma aparırıq. Fikir ayrılıqları olsa da, insanlar üçün şərait yaratmaq lazımdır ki, televiziyalarda, qəzetlərdə, internet saytlarında öz sözlərini desinlər. Bu məsələlər də gündəmdə var və öz həlini tapmalıdır. İslahatlar birtərəfli aparıla bilməz. Paralel aparılmalıdır ki, müəyyən nəticəyə sahib ola bilək”.

635x100

Şərhlər

Mintac 2019-04-05 10:53:06

Vahid müəllim hər zaman xalqın və millətin mövqeyindən çıxış edən bir ziyalımız olub. Əgər diqqət etsəniz onun çıxışlarının mahittəyində həmişə mümkün variantların olduğunu görmək olar. Dəyərli millət vəkilimizin bu fikirlərində də böyük gerçəklər var. Əgər deyilənlərin hər biri həyata keçərsə nə xoş bu millətin halına.... təşəkkürlər Vahild müəllim!

Tural 2019-04-05 10:53:06

Vahid Əhmədov zavod rehberi olan zaman hemin zavodlar en öndə gedən zavodlar olub.Her zaman milleti dusunen insan olub daima xalqın rifahını dusunub.

Turxan 2019-04-05 10:53:06

Vahid Ehmedov veteni milleti dovleti seven insandır.Her zaman xalqın xeyrine dansib.Vahid Ehmedov kimi deyerli savadlı insanları qorumaq lazımdı.Burda bezi insanlar yalandan böhtan xarakterli cümlələr yazır.Unutmayaqki Vahid Ehmedov hər zaman xalqın arasında olur mence Vahid Ehmedovun savad və potensialından daha yuksek postlarda istifade etmek lazımdır.Nazirler Kabinetinde islediyi zaman olkenin taxıl qitligin Vahid muellimin böyük zehmet ile həll etmişdi

Vusal 2019-04-05 10:53:06

Dəyərli millət vəkili Vahid Əhmədovun son günlər verdiyi bu açıqlama bəzi insanlar tərəfindən heç də birmənalı qarşılanmır. Bütün bunları təbii qarşılamaq olardı. Sadəcə olaraq hər zaman haqqın yanında olan dəyərli deputatımızın fikirləri deyəsən kimlərinsə maraqlarına toxunub. Elə buna görə də yazılan şərhlərin bir çoxu mövzudan kənardır. Deputatın dediyi “İslahatlarda da əsas məqsəd şəffaflığı təmin etmək, korrupsiyanı aradan qaldırmaq, insanların həyat şəraitini yaxşılaşdırmaqdır” –fikrini dəyərləndirmək əvəzinə bir çoxları ənənəvi inkar mövqeyini ortaya qoyublar. Fikrimizcə bu şərhlər eyni mərkəzdən idarə olunan trollar tərəfindən yazılır. Çünki məhkəmə sistemində, media da islahatlara ehtiyac olduğunu bildirən millət vəkili ölkədə fikir plüralizminin yayılmasında maraqlıdır. Özü kimi düşünən insanların fikirlərini ifadə edib. Təbii bu həm müxalifət, həm də iqtidar cəbhəsində olan müəyyən bir kəsimin xeyrinə deyil.

VUQAR 2019-04-05 10:53:06

Zənnimcə, bu səslənən şərhlərdə ironiya, kinayə yersizdir. Əslində Vahid Əhmədovun səsləndirdiyi fikirlər, qabartdığı problemlər olduqca aktualdır. O ki, qaldı o problemlərin həlli məsələsinə -- biz cəmiyyət olaraq, kütlə olaraq, ictimaiyyət olaraq HƏMRƏY olmalıyıq bu cür neqativ hallara qarşı... Sovet dövründəki İCTİMAİ QINAQ mexanizmini bərpa etməliyik. Məhkəmə sistemində baş verən özbaşınalıqları hamılıqla qabartmalıyıq. Unutmayaq, DAMCI DAŞI AĞIRLIĞI İLƏ DEYİL, TEZ-TEZ DÜŞMƏSİ İLƏ DEŞİR.

Kohne Azerbaycanli 2019-04-05 10:53:06

Sizin savadiniza hec kimin subhesi yoxdur.Siz sozun esl menasinda deyerli insansiz siz vetene millete dovlete bagli insansiz.Muteqilliyimize ses veren istiqlalci deputatsiz.Var olun.Sizin kimi insanlari allah bize cox gormesin.Her zaman yaxsilara bohtan atilir unutmayinki xalq sizi sevir

Cahid 2019-04-05 10:53:06

Her zaman sozun duzun deyen insandi Vahid bey.Sexsen hormetin saxladigim millet vekilidi.isterdim onu daha yuksek vezifelerde gorum cunki cox is gorer millet ucun.Daima xalqin arasinda olub

Elcin 2019-04-05 10:53:06

Vahid Ehmedov her zaman sozun duzun deyen ehalinin xeyrine danisan millet vekili olub.Kimlerse burda yalandan danismaq ile deyil.her sey goz qabagindadi.Vahid beyin savadindan potensialindan daha yuksek postlarda istifade etmek lazimdir

Tural 2019-04-05 10:53:06

Vahid Ehmedov yegane zavod rehberlerinden olubki daima rehberi olduğu muessiseler en qabaqcil ve onde geden zavodlar olub indi burda yalandan böhtan atmaq lazım deyil.Vahid Ehmedov Nazirler Kabinetinde islediyi muddet erzindede olkenin menafeyini dusunen insan olub.Taxil qıtlığı yarananda onun böyük emeyi olub iqtisadi qanunlarin yazilmaginda böyük emeyi və imzası olub

Turxan 2019-04-05 10:53:06

Vahid Əhmədov sözün əsl mənasında vətəni sevən savadlı kadrlardandı.Dediyi hər bir şey həqiqəti əks etdirir.Yaxşı olardıki Vahid müəllimi çox yüksək posta təyin etsinlər. Bu xalq üçün çox səmərəli olar.Belə insanlar çox azdı.Vahid müəllim vətənə millətə dövlətə sadiq insandır.Belə insanların dəyərin zamanında bilməliyik

Hamlet 2019-04-05 10:53:06

davami.Meqsed o olub ki,tabeliyinizde olan zavodlardan satilan emlak ve dezgahlarin izinin itrilmesi.unutmayin ki,zavodlardan...yolu ile satilan emlaklarin izini zavodlardan sileniz de kotuyu mueyyen qurumlarda durur. Hardasiz ay yoldan prokuror?

Hamlet 2019-04-05 10:53:06

Vahid muallim sizin dovrunuzdan evvel Bakida butun zavodlar yuksak saviyyada islayirdi.Fehleler da yaxsi emekhaqqi alirdilar.Siz NK muavini ve 1-ci muavini olandan sonra butun zavodlar iflic veziyyetine saldiniz.Esas meqsed de sizin yedisdirenlerle elbir olub zavodlarda olan bahali dezgahlarin ve avadanliqlarin satilmasi ve siz basda olmaqla z-d direktorlarin milyonlara sahib olmaqiniz olub.Bu bir faktdir.Indi de hemin zavodlarin yerle-yeksan edilmesi o demekdir ki,butun izler itrilsin...

kendci 2019-04-05 10:53:06

COX MEXVI SAXLANILAN (SEKRET acdiz

HEKIM 2019-04-05 10:53:06

OGRU VE RUSHVETXORLAR JIGIB CALIB GETDILƏR, INDI BAŞQASI GƏLİB Kİ, BAGDADDA MENEM

Geber 2019-04-05 10:53:06

Yazimin davami :Sabahdan hec kəs rüşvət almasin deyən , problemi yüz qat artirar. Kim bu nöqtənin əmiredici nişaninin təəfuratlari haqda bilğili deyilsə , onun təklifləri sirf yanlişdir , həmən şəxslər , anlamadan talein tərs qanunun ağentləridirlər Mərc ilə 500 dollari ailənin uc uşaqi arasinda bərabər yox , raziliqli bölən birisini , məmləkətdə tapmaq iynəni dənizdə tapmaq kimidir Rüşvəti də , cəmiyyətin xeyrinə ,yerdəyişmələrlə , ziyansiz qapatmaq cəhdi , yeni vindovs proqraminin icadi kimidir

Əhmədova 2019-04-05 10:53:06

Vahid müəllim,gözəl bilirsiniz ki,aşağıdan yuxarıya bütün məmurlar rüşvətlə,monopoliya, korrupsiyaya bulaşıbdır.Bu illər ərzində hansı icra başçısı,nazir və digərləri mövcud qanunlarla rüşvətə və büdcə oğurluğuna görə cəzalandırılıb? Ölkə monopoliya üzündən pis gündədir. Hansı ölçü götürülüb? Ho-ha deməklə donuz darıdan çıxmaz!Bu 20-25 il ərzində hansı İcra başçısı, nazir,Komitə sədri,məhkəmə hakimi və s.qanunla cəzalandırılıb? Belə sistemlə hansı islahatı etmək mümkündür?

Xalid 2019-04-05 10:53:06

Mehkemelerle bagli: ne qeder ki, hakimiyyetin siyasi sifarišleri olacaq, o ise hemiše olacaq, mehkeme heç vaxt edaletli olmayacaq. Yani, “biri size üçü bize” prinsipi iš düšecek. Hakimleri prinsipial olmaga qoymayan ikinci qurum ise ele Mehkeme Hüquq Šurasidir. Beli, çox iš görür. Ancaq bezen qanunlari heyasizcasina, açiq-aškar pozan, qerez ve maragini ortaya qoyan hakimlerle bagli šikayetleri qulaqardina vurduguna göre bele bur qenaet hasil olur ki, MHŠ sifariš qebul etmeyen, edaletli ve müsteqil qerarlar çixarmaq isteyen hakimlere “heyati baša salmaq” üçün yaradilmiš qurumdur. O ki, qaldi mediaya, Vahid bey, dövlet mediani o veziyyetde saxlamaq üçün her il leqal šekilde “etek-etek” pul xercleyir, yani lori dilde desek, šabaš yagdirir. Amma burda prezidentlik bir šey yoxdur. Mesele - V Baqdade vsye spokoyno! - siyaseti aparanlardadir.

Mur 2019-04-05 10:53:06

Manim zahmatimle 1895-ci ilda fundamentini qoyduqum,vatanina,xalqina illarla xeyir verdiyi "Neft Avadanliqlarin istehsali zavodu"nu(indiki Sabayil Masinqayirma z-d)da mehv etdiler.niya Prokurorluq bunu arasdirmir? Yaqin prazdentin,prokrorun bunlardan xabari yoxdur.inaniram ki xabar tutarlar. Hormatli radaksiya manim ruhum Sizdan xahis edir bu ciddi masalani arasdirin va malumatlari huquq-muhafiza orqanlarina verin. hamin z-da korrupsiya,miyardlara barabar yeyinti va dovlat amlakinin dmanimsanilmasi var.

S.Ənvərqızı 2019-04-05 10:53:06

Hörmətli Vahid müəllim, Nazirlikdə Vətəndaşın şikayətinə baxılmaması nə deməkdir ? PA,NK və MM -ə Rabitə Nazirliyindən şikayət edirsən,şikayətin araşdırılmadan Rabitə Nazirliyinə göndərilir,göndərilən məktublara nəzarət sistemi olmadığından, ünvanıqa qanunsuz,başdansovdu,süründürməçiliyə yol açan, şablon xarakterli cavab verirlər? Rabitə Nazirliyində belə özbaşnalıq heç vaxt olmamışdır? Nazir dəyişilsədə,Nazirlik dəyişilməyib? sabiq Rabitə Naziri,Akademik cənab Əli Abbasovun ölənlərinə Rəhmət oxutdururlar?

S.Ənvərqızı 2019-04-05 10:53:06

Ölkəmizdə"kiçik padşahların"sözləri,Qanundan qat-qat güclüdür, məmur yoldaşları tərəfindən deyilən qanunsuz iradlar dəstəklənir, xalqımızın layiqli övladları isə onların qanunsuz əməlləri ucbatından əzab içində yaşayırlar.Rabitə Nazirliyinin qanunsuz əməllərindən PA,NK,MM-ə saysız-hesabsız müraciətlər etməyimə baxmayaraq,müraciətlərim araşdırılmadan RN-nə göndərilir,göndərilən məktublara nəzarət sistemi və qanunlarımız işlək vəziyyətində olmadığından qanunsuz cavab verməkdən kəçinmirlər? Şikayətə baxılmır?

Mur 2019-04-05 10:53:06

Vatanim,xalqim bilsin ki,manim zahmatimla qurub yaratdiqim zavodlari san va sanin kimilar daqitdilar.

antiAbu 2019-04-05 10:53:06

Hörmətli Vahid müəllim! 2004-cü ildə Bakı şəhər İcra Hakimiyyətində keçirilmiş iclasda özünü .....adlandırmış şəxs, Baş nazirin müavinidir. Bu şəxsin ... kağızı “Gündəlik Azərbaycan” qəzetinin 02.12.05 sayında çap olunub. Bu adam özünü Lev Tolstoyun qocalığına oxşadır. Bu fakta kommentariya vermək, əxlaqi normalara uyğun gəlmədiyi üçün, susuram.... Bu cür şəxsi Baş nazirə müavinidir!

Vahid Əhmədov cənablarına 2019-04-05 10:53:06

Vahid müllim sizin savadınıza şübhəmiz yoxdur.Ancaq ümumi sözlərlə,konkretlikdən uzaq çıxışlarınız başa düşülən deyil.Axı belə çıxışlarla nə etmək olar?Bu özünü müdafiə və rəhbərliyə yaltaqlıq xarakteri daşıdığını özünüz bilirsiniz.Bu illər ərzində nə qədər xalqın xeyrinə sərəncamlar olub.Hansı yerinə yetirilib? Yerinə yetirilənlər isə cüzi,göstərgə kimi olub.... hansı tərəfdən tutsan mənası yoxdur,dağılır.Öyrəşmiş adamların xasiyyəti dəyişməz! Konkret saflaşdırmanı isə bunlar aparmazlar.

Vahid 2019-04-05 10:53:06

Hörmətli Vaid müəllim niyə yersiz-yerli hoqqabazlıq edirsən....Nə tez unutmusan AzZNEFTKİMYAMAŞın tabeliyində olan BAKI FƏHLƏSİ z-da direktor olduğun müddətdə dəzgahları,əmlakı satıb talayıb yediyin günləri.Hətta Baş nazirin 1-ci müavini olanda əlinə fürsət düşdü ki,digər zavodları da satasan...AZNEFTKİMYAMAŞı və onun nəzdində olan z-dları iflic vəziyyətinə salan sən olmusan....sən Vahidin milyadlara bərabər əmlakın,mülklərinn,mənzilləri neyin hesabina almısan.

S.Ənvərqızı 2019-04-05 10:53:06

Ölkəmizdə"kiçik padşahların"sözləri,Qanundan qat-qat güclüdür, məmur yoldaşları tərəfindən deyilən qanunsuz iradlar dəstəklənir, xalqımızın layiqli övladları isə onların qanunsuz əməlləri ucbatından əzab içində yaşayırlar.Rabitə Nazirliyinin qanunsuz əməllərindən PA,NK,MM-ə saysız-hesabsız müraciətlər etməyimə baxmayaraq,müraciətlərim araşdırılmadan RN-nə göndərilir,göndərilən məktublara nəzarət sistemi və qanunlarımız işlək vəziyyətində olmadığından qanunsuz cavab verməkdən kəçinmirlər? Şikayətə baxılmır?

Arif 2019-04-05 10:53:06

Çox hörmətli ikibaşlı deputatımız adamları kim incidir?kim rüşvət alır?axı siz deputatsınız birbaşa adını söyləyə bilərsiniz bunu sizlər etmirsinizsə bəs kimlər etməlidir?Bir tərəfdəndə sizi qınamıram gələcək başı bəlalı deputat seçkilərində sizin adınız siyahıda yer almaz.Tutalım xalqı incidən yoxdur rüşvətdə yoxdur bunlar şərt deyil Adəmdən-Xatəmə qədər xalqı incidən hakimiyyət və yaxud onun məmurları olub bu keçiləndir. Faciyəmiz bunu hər gün görən xalqımızın"elçilərin" ziyyalıların göz yümmasıdır.

Turan-a 2019-04-05 10:53:06

Sizin yazınızdan belə çıxır ki.Azərbaycan məmursuz qasın? Axı imkanı olan məmurların hamısı öz ranqında rüşvətxorluq.dələduzluq.oğurluq etdiyi hamıya bəllidir.Onların rüşvət almayanı buna imkanı olmayanlardır.Sabah onlara imkan ver.kənadan bax.Məsələni belə ciddi qoyma! De ki, sistem,quruluş dəyişməlidir.Qanunlar hamıya işləməlidir....

Geber 2019-04-05 10:53:06

Post sovet məkaninda Islahat sözünün tərs mənasi borclunun borc verənə , ğet sabah ğəl kimi məna daşiyir . Sabah ğəlirsən deyir ,ki həftə sonu ğəl , sabah hökman qaytaracam , birisi ğün ğəl . Borc verənin dalinca bir tay ayaqqabi atmaq savab sayilmalidir . lakin bu sözlər də problemin tərs tərəfdən , düz tərəfə doğru , həlli deyil. Real durum , real dirəndiyimiz məqamin tələbi . V Hüqonun səfillər və islahat nəzəriyyəsi ilə həlli yoxdür. Sabahdan hec kəs rüşvət almasin deyən , problemi yüz qat artirar

Çina 2019-04-05 10:53:06

Ay Vahid müəllim..sən də elə danışırsan ki,güya sən bunlardan deyilsən.hampnız getməlidir!! təfəkkürünüz dəyişən deyil sizin!beyniniz pas bağlayıb!çıxıb yalandan güya xalqın tərəfinə danışmaqla prezidenti tərifləyir sən.bir yüklənən 2 dovşan vurursan.sən kimi,nəyə inandırıram??!

turan 2019-04-05 10:53:06

zənnimcə əvvəl kadr islahatı aparılmalıdır,monopolya yığışdırlmalıdır,rüşvətxor məmurlar işdən qovulmalıdır,ancaq bundan sonra islahata başlamaq olar...

EJDER 2019-04-05 10:53:06

KIMI CEZALANDIRACAQSINIZ...HIYYY.MONOP[OLIYA YUXARIDAN GELIR. DERINLEWDIRIN,AMMA,BAXIN HA....HA HA HA ,HAMI NAQIL DANIWIR...RZA KIMI QOHUMUN BAWINA DAW DUWSUN...

Azərbaycanlı 2019-04-05 10:53:06

Bizə borclu olan bir "adam" borcunu ödəməmək üçün bizi şərləyərək guya bizim ona borclu olmağımız haqqında iddia qaldırıb.Səbail məhkəməsində bizdən xəbərsiz,bizim iştirakımız olmadan onun xeyrinə qərar çıxarılıb. Apelyasiyaya vermişik,apelyasiya da onun xeyrinə qərar verib.Belə çıxır ki, kim kimi istəsə,şərləyib gizli məhkəmə keçirdib öz xeyrinə qərar çıxartdıra bilər?!Bu nə deməkdi?!Yeri gəlmişkən,Səbaidəki hakimdən bu cür qanunsuzluğa görə şikayət etmişdik,amma onu apelyasiya məhkəməsinə təyin ediblər.

pensioner 2019-04-05 10:53:06

Fərman,sərəncam,göstəriş,maaş artımı və s. bizim məmurların savadını, ağlını, dünyagörüşünü,həyat tərzini dəyişdirməyəcək.Yeganə yol yuxarı eşalonu təmizləmək və ictimai nəzarəti təmin edərək böyük məmurlar üçün gəlirlər haq. bəyənnamələrlə cinayət məcəllələrini işə salmaqdan ibarətdir.

Son yazılar