Ermənistan Müdafiə Nazirliyi Azərbaycana keçən ermənini araşdırır - [Yenilənib]

Ən yeni xəbərlər yazının yuxarısında yerləşdirilir

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovanisyan jurnalistlərə bildirib ki, Azərbaycana keçdiyi deyilən erməni ilə bağlı araşdırma aparılır.

Onun sözlərinə görə, erməni tərəfi hazırda bu məlumatı dəqiqləşdirir və rəsmi açıqlama daha sonra veriləcək.

Hələlik Azərbaycan Müdafiə Nazirliyi erməni mülki şəxsin sərhədi keçməsi və Qazax rayonunun Kəmərli kəndində tutulması barədə informasiyaya dair rəsmi şərh verməyib.

 * * * 

19:52

"Ermənistanda yaşaya bilmirik, Azərbaycan təminat versə, hamımız buraya köçərdik"

Qazaxın Kəmərli kəndində hərbçilərimiz tərəfindən erməni millətindən olan bir nəfər yaxalanıb. Bu barədə musavat.com-a bölgə müxbiri xəbər verib. Ondakı ilkin məlumata görə, kişi cinsi olan erməni Kəmərli sakini Adıgözəl Dursunovun həyətində müəyyən olunub.

Müxbir bu məlumata əlavə olaraq bildirib: "Azərbaycanda tutulan erməni 53-54 yaşlı kişidir. O, həbs olunan zaman yerli sakinlərə deyib ki, Ermənistanda həyat səviyyəsi aşağıdır, yaşaya bilmirlər, bu səbəbdən də Azərbaycana qaçıb. Onun sözlərinə görə 3-4 nəfər erməni də Azərbaycana kecmək ücün qərarlıdır və bir neçə gün ərzində imkan düşən kimi, onlar da Azərbaycana keçəcəklər. O deyib ki, Azərbaycan təminat versə, ermənilərdən ibarət böyük bir qaçqın dəstəsi buraya keçər. Erməninin adı,soyadı dəqiqləşdirilir."

Hazırda Kəmərli kəndində olan müxbirimizi əsir götürülən erməniyə yaxın buraxmayıblar. Müxbir Adıgözəl Dursunovla telefon əlaqəsi yaradıb. O, bildirib ki, özü Kəmərli kənd icra nümayəndəsidir. Ermənini də hərbçilər tutduqdan sonra qısa müddətə kənd icra nümayəndəliyinə gətiriblər. 20 dəqiqəyə yaxın bir müddətdə əsir erməni onun otağında olub. Daha sonra hərbçilər onu aparıblar.

Musavat.com bildirir ki, Müdafiə nazirliyindən və rəsmi qaynaqlardan dəqiqləşdirmə edə bilmədiyimiz üçün kənddəki müxbirimizdən gələn məlumatları dərc etmək məcburiyyətindəyik. Bu səbəbdən, irəliləyən zamanda bəzi düzəlişlər ola bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar