“BU HAKİMLƏR AZI 8 İL AZADLIQDAN MƏHRUM EDİLMƏLİDİR” - "Qanunsuz fəaliyyət bəzi insanların həyat tərzinə çevrilib" + VİDEO

Millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin ONA-ya müsahibəsi

- Prezident İlham Əliyevin Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında fərmanını necə qiymətləndirirsiniz?

- Azərbaycan ictimaiyyəti çoxdan belə bir fərmanın imzalanmasını gözləyirdi. Çünki bir müddət öncə Prezident fərman vermişdi ki, bu barədə təkliflər hazırlansın. Görünür, sonuncu fərman həmin təkliflər əsasında hazırlanıb. Müstəqillikdən sonra indiyə qədər görülən işlər Azərbaycanı inkişafın yeni mərhələsinə keçirməyə imkan verir. Prezident də bu istiqamətdə addımlar atır. Təkcə məhkəmə-hüquq islahatları yox, iqtisadi, sosial və siyasi islahatlar aparılacağı barədə də Prezident anons verib.

Bu fərmanda diqqət daha çox hakimlərin maddi baxımdan asılılığının aradan qaldırılmasına, sosial təminatının gücləndirilməsinə yönəldilib. Azərbaycanda hakimlərin sayının az olması, iş yükünün həddən artıq çoxluğu məsələsini mən də dəfələrlə parlamentdə qaldırmışdım. Bu səbəblərdən işlərə səmərəli baxmağın mümkün olmadığını qeyd etmişdim. Fərmanda hakimlərin sayının artırılması məsələsi də əksini tapıb.

- Sahibkarlıq sahəsində ixtisaslaşmış məhkəmələrin yaradılması nə dərəcədə effektiv olacaq, özünü doğruladacaq?

- İqtisadiyyatın inkişafı üçün vergi və gömrük, o cümlədən iqtisadi mübahisələrlə bağlı məsələlərin həlli üçün ixtisaslaşmış məhkəmələrin yaradılması nəzərdə tutulur. Bu, çox önəmlidir, məsələlərə qısa müddətdə baxılacaq. Bu sahə üzrə ixtisaslaşmış hakimlər daha ədalətli qərarlar çıxaracaq ki, bu proses uzanmasın.

Bundan başqa, fərmanda bir sıra qanunvericilik aktlarına ciddi dəyişikliklər nəzərdə tutulur ki, məhkəmə süründürməçiliyinə son qoyulsun. Bilirik ki, bəzən məhkəmələrdə işlərə baxılması illərlə uzanır. Yəni aşağı məhkəmə, sonra yuxarı məhkəmə instansiyası baxır, Ali Məhkəmə qərarı ləğv edərək Apelyasiya Məhkəməsinə qaytarır, Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinə qaytarır və proses dövr edir. Beləliklə, illərlə sahibkarlar arasında, yaxud sahibkarlarla məmurlar arasında mübahisələr həllini tapmır. Bundan da ölkənin iqtisadiyyatı, həmin müəssisələrdə çalışanlar ziyan görür. Bu baxımdan fərmanı yüksək qiymətləndirirəm.

Bu islahatlarda qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı təkliflər də əksini tapıb. Əlbəttə, mən ümid edirəm ki, bu mərhələdə nəzərdə tutulmasa da, parlament həmin qanunların qəbul olunmasında yaxından iştirak etməlidir.

Hakimlərin tək maddi baxımdan asılılığına son qoyulmamalıdır. Həm də siyasi baxımdan onlar müstəqil olmalıdırlar. Məhkəmə-Hüquq Şurasının yenidən formalaşdırılması məsələsi gündəmə gəlməlidir. Hakimlər ömürlük təyin olunmalıdırlar. Bir dəfə təyin olunmuş hakim yalnız 5 ildə bir dəfə Ədliyyə Nazirliyinin Akademiyasında tədris kurslarına cəlb edilə bilər. Amma onlar üçün sınaq müddətinin təyin olunması, sonra onların fəaliyyətinin qiymətləndirilməsi və yenidən təyin olunması kimi məsələlər aradan qalxmalıdır. Hakim bir dəfə təyin olunmalı və ömürlük hakim olmalıdır. Bundan sonra yalnız onun vəzifəsi dəyişə bilər, amma o, hakim kimi fəaliyyətini davam etdirməlidir.

Bu məsələlər həllini tapsa, hakimlərin yalnız cinayət törətdikdə məsuliyyətə cəlb olunması, vəzifəsindən kənarlaşdırılması Konstitusiyaya uyğun olaraq “Məhkəmələr və hakimlər haqqında” qanunda əksini tapsa, müsbət nəticələr əldə edilər. İndi isə intizam məsuliyyətinə görə hakimlər vəzifədən kənarlaşdırılır. Hakimlərin vəzifədən kənarlaşdırılıması Mənzil İstismar Sahələrinin rəislərinin işdən kənarlaşdırılmasından daha asan olub. Məhkəmə-Hüquq Şurasının sədri də bildirdi ki, Məhkəmə-Hüquq Şurası yaranandan 120 hakim işdən çıxarılıb. Amma biz indiyə qədər sonuncu dəfə eşitmişik ki, bir hakim rüşvət alarkən məsuliyyətə cəlb olunub. Lakin o 120 hakimin heç biri ədalətsiz hökm, qətnamə və ya qərar qəbul etdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmayıb. Ədalət mühakiməsi əleyhinə törədən əməllərə görə cəzalar sərtləşdirilməlidir. Hazırda həmin cəzalar həddindən artıq yüngüldür. Hakimlər əsassız həbs qətimkan qərarı seçirsə, insanların əsassız cinayət məsuliyyətinə cəlb olunmasına imkan verirsə, yaxud onlara əsassız azadlıqdan məhrumetmə cəzası və digər cəzalar verirsə, onlar barəsində çox ağır hökmlər çıxarılmalıdır. Onlar ən azı 8 il və daha çox müddətə azadlıqdan məhrum edilməlidirlər. Biz belə bir sistemi qura bilsək, ölkədə güclü məhkəmə hakimiyyəti yaradacağıq.

Hesab edirəm ki, bu fərmanla iş yekunlaşmır. Yəqin ki, bunun ardınca sadaladığım digər məsələlər də müvafiq qanunvericiliklərə əlavə və dəyişikliklərin edilməsi ilə həllini tapacaq. O cümlədən Milli Məclisin müvafiq komitələri və Milli Məclis bu prosesdə yaxından iştirak edəcək.

- Fərmanda kargüzarlıq və kargüzarlıq xərclərinin köçürülməsi ilə bağlı nəzərdə tutulan yenilikləri necə qiymətləndirirsiniz?

- Doğrudan da, bir çox halda ayrılan vəsait yetərli olmadığı üçün hakimlər bu məqsədlər üçün öz ciblərindən pul xərcləyirdilər. İndi elektron məhkəmələrə keçilməsi, yəni məhkəmə hökmlərinin, qətnamələrinin dərhal müvafiq internet resurslarında yerləşdirilməsi, kargüzarlıq üçün pulun birbaşa hakimlərin özünün şəxsi hesablarına köçürülməsi çox mütərəqqi haldır.

Fərmanda vəkillərlə bağlı məsələlər də əksini tapıb. Vəkillərlə hakimlər arasında münasibətlər yalnız prosessual əlaqələr ola bilər, bundan kənar əlaqələrin yolverilməzliyi fərmanda qeyd olunub. Bununla bağlı da müvafiq qanunlara dəyişiklik ediləcək. Amma hesab edirəm ki, fundamental dəyişikliklər hakimlərin statusu, onların vəzifədən kənarlaşdırılmasının çətinləşdirilməsi ilə bağlı olmalıdır ki, hakimləri çox asanlıqla icra hakimiyyəti kənarlaşdıra bilməsin. Hakimlərin indi seçilməsi, vəzifəyə təyin olunması çətin prosedurdan keçir, xeyli vaxt alır. Hakimlərin vəzifədən kənarlaşdırılması da xeyli dərəcədə çətinləşməlidir. O halda hakimlər özlərini müstəqil hesab edəcəklər. Konstitusiyaya görə, məhkəmə hakimiyyətinin təminatçısı Azərbaycan Prezidentidir. Düşünürəm ki, belə olarsa, Prezidentin özünün təminat verdiyi güclü məhkəmə hakimiyyəti ölkəmizdəki bir çox problemi həll edəcək, sosial ədaləti yaxşı qoruyacaq, ölkəyə investisiya qoyulmasını təmin edəcək, Azərbaycandan investisiya axınının qarşısını alacaq. Müstəqil məhkəmələr vətəndaşların mülkiyyət hüquqlarının, mülkiyyətinin təminatçısı olacaq. O halda da Azərbaycan vətəndaşları investisiyanı xaricə çıxarmayacaq, ölkə iqtisadiyyatına qoyacaqlar. Qorxmayacaqlar ki, onların əmlakları ayrı-ayrı şəxslər tərəfindən mənimsəniləcək, əllərindən alınacaq, onlar da məhkəmə qaydasında hüquqlarını qoruya bilməyəcəklər.

- İslahatları həyata keçirmək nə dərəcədə asan, nə dərəcədə çətin olacaq?

- Düşünürəm ki, bu islahatlar ölkəmizin inkişafına böyük təkan vermiş olacaq. Sözsüz ki, Prezidentin iradəsi başqadır. Amma bu fərmanı kimlər icra edəcək, necə icra olunacaq, bundan çox şey asılıdır. Qanunsuz fəaliyyət bəzi insanların həyat tərzinə çevrilib. Həmin insanlar bu sistemin yenidən qurulmasında həvəslə iştirak edəcək, nə dərəcədə səmimi olacaqlar? Doğurdanmı məhkəmə-hüquq sistemində neqativ hallara göz yummuş, yaxud yaranmasına səbəb olmuş insanların özü bu vəziyyəti dəyişəcəklərmi? Bütün bunlar gələcəkdə məmurların, bu vəzifənin həvalə olunduğu şəxslərin bu işin öhdəsindən gəlməsindən asılı olacaq.

635x100

Şərhlər

Rafiq 2019-04-05 13:02:58

başqalarına da dərs olsun. Və ya Zəngilan rayon məhkəməsinə vətəndaş kimi müraciət etdim. Hakim Gülsarə İmanova heç bir qanuna söykənməyən ədalətsiz qərar qəbil edir və deyir ki, narazısansa qərarımdan şikayət ver. Deyirəm qərarınızdan şikayət verəcəm, ləğv edilsə özünüsdən Məhkəmə-Hüquq Şurasına şikayət verəcəm.İstehza ilə gülüb deyir ki, MH Şurası iqruşkadır.Özü Azərbaycan dilini belə yaxşı bilmir, Azərbaycanda hakimlik edir, danışığına baxın.Belələri hakimlikdən uzaqlaşdırılmalıdır ki, narazılıq olmasın.

Rafiq 2019-04-05 13:02:58

ümumiyyətlə münasibət bildirilməyib. Bu cür hal Ali Məhkəmənin Plenumunadək davam etdi. Sədr Ramiz Rzayev qərardad çıxararaq şikayətimi rədd etdi. Bəs onda mənim iddiama həmin hissədə hansı məhkəmə baxmalıdır? İddia tələbimin digər hissəsini də yenə Natəvan Tağıyeva rədd etdi, Apellyasiya Mənkəməsi (Xumar Mərdanova) həmin qərarı qüvvədə saxladı. Ali Məhkəmə ləğv edib Apellyasiyaya qaytardı, Apellyasiya qismən təmin etdi. İndi şikayət vermişəm. Hakimlər N. Tağıyeva və X. Mərdanova cəzalanmalıdır ki,

Rafiq 2019-04-05 13:02:58

Qüdrət bəy! Nə qədər ki, məhkəmələrin qanunsuz, ədalətsiz qərarlarını vətəndaşın, sahibkarın haqlı şikayəti əsasında hər hansı bir qürum (məsələn Məhkəmə-Hüquq Şurası) araşdırıb həmin qərarı qəbul edən hakimi cəzalandırmayacaqsa, məhkəmə-hüquq sistemində irəliləyişə nail olunmayacaq. Əgər sonuncu instansiya məhkəməsi ədalətsiz qərar qəbul edirlərsə, o zaman vətəndaş, sahibkar nə etməlidir? Mən sahibkar kimi Nəsimi rayon Məhkəməsinə (hakim Natəvan tağıyeva) müraciət etmişəm, iddia tələbimin bir hissəsinə

EJDER 2019-04-05 13:02:58

HA HA HA ,BELI INDI O, ,,HAKIM,,WERWFET MEMMEDOVANIN VEZIFESINI BOYUDUB,APELLASIYA MEHKEMESINE TEYIN EDIBLER...BU ANALOQU OLMAYAN HOKUMETIN,ANALOQU OLMAYAN ISLAHATIDI...HA HA HA ...MEHKEME HAKIM,EDLIYYE ,VEKIL BOW WEYDI...HAQQ OLMAYAN YERDE DIVAN OLA BILMEZ. BU WERAFETIN EVI YIXILSIN,SAQALMAYAN XESTELIYE TUTULSUN...CEHENNEMDE YANSIN DIGER KOLLEQALARI ILE BIRLIKDE...AMIN

antiAbu 2019-04-05 13:02:58

Maqsud Mahmudovun Hacıbala Abutalıbovla məhkəmə çəkişməsindən yaxşı pullar qazanan Müseyib Hüseynov, Bakı şəhər İcra Hakimiyyətinin nəzarət şöbəsinin keçmiş müdiri, Arzu Məmmədovla Hacıbala Abutalıbovla məhkəmə çəkişməsini də Şərafət Məmmədovaya həvalə edir. A. Məmmədov17.07.2012-ci il tarixdə 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin sədri, Müseyib Hüseynova iddia ərizəsinin başqa hakimin icraatına verilməsi barədə müraciət edir. Lakin məhkəmənin sədri, Müseyib Hüseynov çıxarılacaq qətnamənin sifarişçisi olduğu üçün bu müraciətə heç bir reaksiya vermir. Məhkəmə sədri, Müseyib Hüseynovun tapşırığını Şərafət Məmmədova 13 yanvar 2013-ci il tarixdə yerinə yetirir. Məhkəmə iclaslarında hakim Ş. Məmmədova, A.Məmmədovun iddia ərizəsində yol verilən formal xətalar, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, iddia növünün yanlış olması və bu səbəbdən də onun münasibləri ilə əvəz olunması barədə bir kəlmə də olsa deməyib. 12 yanvar 2012-ci il tarixdə məhkəməyə təqdim etdilmiş iddia ərizəsi üzrə ilk məhkəmə iclası on ay sonra - 13 sentyabr 2012-ci il tarixdə keçirilib. Əmək mübahisələri Azərbaycan Respublikası “Əmək Məcəlləsi”nin 296-cı maddəsində işcinin huququnun pozulduğunu aşkar etdiyi gundən etibarən 1 təqvim ayı ərzində məhkəməyə muraciəti və Azərbaycan Respublikası “Mülki Prosessual Məcəlləsi”nin 172.2 maddəsinə əsasən məhkəmənin işə bərpa barədə işlərə də 1 ay müddətində baxması nəzərdə tutulduğu halda, on aydan sonra məhkəmə iclası keçirtmək yalnız və yalnız sifarişli məhkəmə süründürməçiliyi kimi qəbul edilməlidir. Məhkəmə qərarı məhkəmə iclası başlayandan dörd ay sonra qəbul edilmişdir. Dörd aylıq məhkəmə süründürməçiliyindən sonra hakim Şərafət Məmmədova məhkəmə iclaslarının protokollarını saxtalaşdırıb, bu saxtakarlığın əsasında da cəfəng məhkəmə qərarı çıxardıb.

Vətəndaş 2019-04-05 13:02:58

Cənab Fikrət Məmmədov Əgər məhkəmələr Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi Rəyə bir quş qoyurlarsa,tanımırlarsa,qəbul etmirlərsə vətəndaş kimə müraciət etməlidir?Araşdırılmalıdır ki,son 5 ildə hakimlər qəbul etdikləri Qərarlarda bu Mərkəzin verdiyi Rəylərin neçəsinə istinad ediblər?Məhkəmə-Hüquq Şurası hakimlərin verdiyi ədalətsiz qərarlara görə vətəndaşın müraciətini araşdırmırsa fəaliyyəti nədən ibarətdir,kimin şikayətini araşdırır?Yəni bu Fərmanın qəbulundan sonra köhnə hamam kğhnə tas olacaq yoxsa

antiAbu 2019-04-05 13:02:58

“Gündəm” qəzetinin 18 yanvar 2013-cü il tarixli nömrəsində çap olunmuş “Hacıbala Abutalıbovdan 500 min avro təzminat tələb edəcəm” məqaləsində hakim Şərafət Məmmədova barəsində yazılmış digər bir parçanı nəzərinizə çatdırıram: “ Təsəvvür edin ki, bu məhkəmədə hakim Şərafət xanım bir neçə günün içində bizim işlə bağlı fərqli qətnamələr çıxardı. Məndən 10 min manat pul aldılar ki, məhkəməyə qanuni rüsum verməlisən. Sonradan bildim ki, aldanıram. Bu zaman məhkəmə sədri hakimə dedi ki, utanmırsan ondan bu qədər pul alırsan? Elə bu hallara görə deyirdim ki, bura bazardır. Pulu onlara verəndə yanımda jurnalist də olub. Sonra hakimin katibi 10 min manatımı geri gətirdi. Elə bilirdim doğurdan da, məndən rüsum alırlar. Sonra biləndə ki, rüşvətdir, dərhal pulumu geri tələb etdim.”

Antiabu 2019-04-05 13:02:58

“Azadlıq” qəzetinin 24 iyul 2012-ci il sayında çap olunmuş ”Abutalıbovun oğlu iş adamını ofisdən çıxardır” məqaləsində qeyd edilmişdi:” Maqsud Mahmudov deyir ki, iyulun 13-də Yasamal Rayon Məhkəmə Icraçıları şöbəsinə çağırılıb: “Mənə dedilər ki, 1 saylı Inzibati Iqtisadi Məhkəmənin hakimi Şərafət Məmmədova ofisi boşaltmağın haqda qərar verib. Əvvəlcə inanmadım. Çünki həmin o hakim bizim ofisdə qalmağımızın qanuni olduğunu çıxardığı 2 ayrı-ayrı qərarla təsdiqləmişdi. Icraçılar iyulun 16-da yenidən şöbəyə gəlməyimi bildirdilər. Gördüm ki, Hacıbala Abutalıbovun vəkili Ələsgər də ora gəlib. Ələsgər əlindəki qərarı mənə verib dedi ki, ”al, bu da sənə Şərafətin təzə qərarı". Baxdım ki, Şərafət Məmmədova iyulun 16-da bizim iştirakımız olmadan ofisi boşaltmağımız haqda qərar verib. Halbuki bu hakim iyulun 1-də və 11-də bizim ofisdə qalmağımız haqda qərar vermişdi. Mən onun kabinetində oldum. Onu deyə bilərəm ki, bu məhkəmənin bəzi hakimləri özlərini kolxoz bazarındakı alverçilər kimi aparırlar. Elə eyni iş üzrə 3 fərqli qərarın verilməsi bunun göstəricisidir. Məhkəmənin sədri Museyib müəllimin yanında da oldum. Qanunsuz qərarlara etiraz etdim. Onun da münasibəti Şərafət Məmmədovanın münasibəti ilə üst-üstə düşdü". Iş adamı bir işə görə 1 saylı Inzibati Iqtisadi Məhkəməsinin bir həftədə 2, bir ayda beş fərqli qərarın çıxardığından şoka düşdüyünü dedi: “Bu nə biabırçılıqdır? Bir işə görə bir ayda bu qədər fərqli qərar çıxarmaq olar?”.”

Həsənquliyevə 2019-04-05 13:02:58

Bəs bu qanunsuz səlahiyyətləri onlara kim verib? Bu suala da cavab versə bəlkə Qüdrət bəyin sözlərinə inanan ola.Axı bu ölkədə kifayətdən də qrtıq nəzarət orqanları mövcuddur.

Dövlətimizi sevən 2019-04-05 13:02:58

Hörmətli Qüdrət müəllim, Məhkəmə - hüquq sistemində və Vəkillər kollegiyasında şəffaflığın yaradılması üçün birinci növbədə onların tərkiblərində dəyişikliklər aparılmalıdır. Belə ki, 2016-cı ildə Hakimliyə Namizədlər arasında və son ildə Vəkilliyə namizədlər arasında Test imtahanından 90 bal toplayan savadlı kasıb balalarını öz arzularına çatmağa qoymamışlar, ancaq 60 bal toplayanlar Hakim və Vəkil təyin olunmuşlar...Kənarda qalmış yüksək bal toplayan Namizədlərin siyahısı araşdırılmalı və onlara köm.göst

Son yazılar