Azərbaycan-Rusiya sərhədində böyük növbə yaranıb

Azərbaycan-Rusiya sərhədində böyük növbələr müşahidə olunur.

ANS TV-nin məlumatına görə, bir neçə gündür Xaçmazın Rusiya-Azərbaycan sərhədində yerləşən Xanoba sərhəd-keçid məntəqəsində minik avtomobillərinin növbəsi yaranıb. Növbənin yaranması müxtəlif amillərlə izah olunur.

Nəqliyyat vasitələrilə Rusiyaya keçmək istəyən vətəndaşlar sərhəd-keçid məntəqəsində bir neçə gündür dayandıqlarını, burada ləngimənin səbəbi barədə məlumatsız olduqlarını dedilər. Əsasən Rusiya vətəndaşları olanlar sərhəd-keçid məntəqəsində gözləməyin çox çətin olduğunu bildirirlər.

Rusiya vətəndaşı Rza Hüseynovun sözlərinə görə, "Dünən iki saat yerimizdən tərpənmədik. Nə oldu, günah kimdə oldu, onu deyə bilmirəm. Aramızda xəstə var, qoca var, uşaq var, biz dözə bilirik, amma onlar dözə bilmir”.

Rusiya vətəndaşı Camal Səmədov isə deyir ki, "Çox əziyyət çəkirik. Mənim maşınımda 8 nəfər var. Üç gündür burdayam, nə yuyunmaga, nə də dincəlməyə yer var”.

Rusiya vətəndaşı Ələddin Sadıqov qeyd edir ki, “36 saatdır ki, burdayıq - körpə var, qocalar var, xəstələr var”.

Müşahidələrimiz zamanı qonşu ölkəyə keçmək istəyən vətəndaşların isti havada burada çox cətin şəraitdə gözlədiklərini gördük. Müsahiblərimin əksəriyyəti isə sərhəddə növbə yaranmasını qonşu Rusiya sərhəd-keçid məntəqəsində avtomaşınları çox gec buraxmaları ilə izah etdilər.

Xanoba sərhəd-keçid məntəqəsinin girəcəyində 300-dən artıq minik avtomobilinin Rusiyaya keçmək üçün növbə gözlədiyini müşahidə etdik. Problemlə bağlı Xanoba sərhəd-keçid məntəqəsinə şifahi olaraq bildirildi ki, növbənin əsas çox olması Gürcüstan ərazisində torpaq sürüşməsi olması ilə əlaqədardır.

Üstəlik Rusiyada yeni dərs ilinin başlaması səbəbindən, Azərbaycana istirahətə gəlmiş soydaşlarımızın geri qayıtması da son günlər sərhəd-keçid məntəqəsində növbələri intensivləşdirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar