Bezosdan boşandı, dünyanın ən varlı 3-cü qadını oldu – Rekord təzminat

Dərc olunub: 05/04/2019 - 21:53

,KqsNFHjguky9_nQyC7AOqQ“Amazon” şirkətini qurucusu, dünyanın ən varlı insanı olan Ceff Bezos həyat yoldaşı Makkenzi Tattldan rəsmən boşanıb.

“Qafqazinfo” NTV-yə istinadla xəbər verir ki, Bezos 25 illik həyat yoldaşı və 4 uşağının anasına boşanma təzminatı olaraq 35 milyard dollar ödəyib. Bu məbləğ isə dünyada 80 ölkənin illik büdcəsindən daha çoxdur.

Razılaşmaya əsasən Bezos “Amazon” şirkətində sahib olduğu 16,3 faiz hissənin 75 faizini özündə saxlayıb. 25 faiz isə Makkenziyə verilib. Makkenzi isə “Washington Post” və kosmik səyahət şirkəti olan “Blue Origin”dəki hissələrini Bezosa təhvil verib.

Bununla da Makkenzi dünyanın ən varlı qadınları siyahısında 3-cü pilləyə yerləşib. Hazırda həmin siyahıda 52,9 milyard dollarla “L’Oréal”ın sahibi Fransuaza Bettankur Mayers birinci, “Walmart”ın sahibi Alis Uolton (45,4 milyard dollar) isə ikincidir.

Qeyd edək ki, “Forbes”in son açıqladığı siyahıda Bezosun sərvəti 131 milyard dollar idi.










loading...


Fikrinizi bildirin