Minskdə 4 saatadək davam edən danışıqlar sona çatdı

Gömrük İttifaqı ölkələrinin liderləri, AB nümayəndələri və Ukrayna prezidenti arasında danışıqlar sona çatıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, dörd saatadək davam edən danışıqlardan sonra görüş iştirakçıları işçi naharına dəvət olunublar.

Danışıqların yekunlarına dair mətbuat konfransının keçiriləcəyi gözlənilsə də hələlik bu barədə KİV nümayəndələrinə heç bir məlumat verilməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar