ÖZÜNÜ 3-cü MƏRTƏBƏDƏN ATAN ŞAGİRD DÜNYASINI DƏYİŞDİ - "Qızımı təhqir edirdilər, direktor bilirdi..."

Bakıda özünü məktəbin 3-cü mərtəbəsindən atan şagird Yelena Hacıyeva xəstəxanada dünyasını dəyişib.

Bu barədə "Report"a mərhumun anası Sevil Hüseynova məlumat verib.

Səhiyyə Nazirliyi də “Report”a faktı təsdiqləyib.

Qeyd olunub ki, müştərək kəllə-beyin travması, döş qəfəsi və qarının küt travması, hər iki ağciyərin əzilməsi, sağ 4-cü qabırğanın sınığı, 5-ci döş fəqərəsinin kompressiv sınığı, 9,10 və 11-ci döş fəqərələrinin hündürlük səviyyələrinin azalması, çanaqların sınığı diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən yaralı bu gün travmatik spinal şok keçirərək ölüb.

Xatırladaq ki, aprelin 4-də Səbail rayonunda yerləşən 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Yelena Hacıyeva özünü məktəbin 3-cü mərtəbəsindən yerə atıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı təcili yardım maşını ilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb.

***

Bakıda 162 saylı məktəbin intihara cəhd edən 8-ci sinif şagirdi Elina Hacıyevanın anası baş verənlər haqda danışıb.

Şagirdin anası Sevil Hüseynova BAKU.WS saytına bildirib ki, qızı məktəbdə oxuduğu dövrdə dəfələrlə təhqirə məruz qalıb. “Müəlliməsi Çimnaz Hacıyeva da məsələ barədə məlumatlı idi. O, qızımın tərəfini tuturdu. Lakin dəfələrlə direktora da şikayət etmişik. Lakin direktor bu barədə heç bir tədbir görməyib.

Qızımı məktəbdə incidirdilər. Böyük sinifdə təhsil alanlar qızımı ələ salırdılar. Ona “peysər”, “lesbiyan”, “quş” deyirdilər. Qızımla birlikdə bacımın qızı da təhsil alır. Xalası qızı da onun tərəfini tuturdu deyə, o qızı da incidirlər”, - deyə Sevil Hüseynova bildirib.

Ana deyir ki, məktəbin direktoru şikayət olunmasına baxmayaraq, heç bir tədbir görməyib. Əksinə, uşağa təzyiqlər daha da artıb: “Qızım hər gün evə gəlib ağlayırdı. Nə baş verdiyini soruşanda da, bir söz demirdi. Bezdiyi üçün özünü öldürmək istəyib. İndi Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsindədir. Vəziyyəti ağırdır”.

Qeyd edək ki, Elina kiçik yaşlarında olarkən anası ilə atası ayrılıb. Sonradan Sevil Hüseynova başqa insanla ailə qurub. İndi onun doğma atası da qızı ilə maraqlanır. Onların münasibəti yaxşıdır. Ögey ata da Elina ilə xoş münasibətdədir.

Məsələ ilə əlaqədar saytın əməkdaşı 162 saylı məktəblə əlaqə saxlayıb. Katibə bildirib ki, məktəbin direktoru Sevinc Abbasova, eləcə də, digər səlahiyyətli şəxslər iclasdadırlar. Katibə ümumiyyətlə intihar barədə danışmaq istəmədiyini bildirib.

Xatırladaq ki, hadisə aprelin 4-də baş verib. Hadisə şahidlərinin virtualaz.org-a bildirdiklərinə görə, Elina əvvəllər də bir neçə dəfə intihara cəhd edib: "Qızı təcili yardımla xəstəxanaya apardılar. Bir də gördük ki, valideynləri qaça-qaça gəldi. Qızın xəstəxanada olduğunu eşidən kimi çıxıb getdilər. Bəlkə də, çox şagirdin onunla danışmaması qıza pis təsir edib”.

Məktəbin mühafizə xidməti küçədəki bütün uşaqlara tanımadığı adamlarla danışmamağı tapşırıb. Uşaqlar deyirlər ki, qızın başının gicəlləndiyini və pəncərədən yıxıldığını söyləməyi tapşırıblar.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, məktəbli hazırda reanimasiyadadır, ona çanaq sümüyünün sınığı, döş qəfəsinin əzilməsi, yumşaq toxumaların və ağciyərin əzilməsi diaqnozu qoyulub. Vəziyyəti ağırdır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov “Report”a deyib ki, məsələ ilə hüquq-mühafizə orqanları məşğuldur.

635x100

Şərhlər

Amon 2019-04-06 12:38:14

Allah atana rehmet elesin misir merdanov

seda 2019-04-06 12:38:14

biz millet olaraaq mehv oluruq...

Veteran 2019-04-06 12:38:14

Vaxt olub ki, sinif rehberimiz bizimle bacarmayanda direkotu da qatib meseleye. Direktorumuz bizimle beraber valideynlerimizi de duzub siraya. Bununla da her weye noqte qoyulub! Indi direktorlar valideynleri daha "xeyirli meselelere" gore siraya duzur, telim terbiye ise yaddan cixir. Ana sene deyib ki, tedbir gorun, hani sizin girduyunuz tedbir? Sen bu mesele ile bagli barmagini barmagina vurmuw olsaydin indi butun metbuati qaldirmiwdin ayaga!

XX-1-dən t.ədalətə 2019-04-06 12:38:14

Sizin şərhləriniz həmişə aktuallıq kəsb edir. Lakin sizin dediyniz o şüara çoxnu insan qoşulacaq? İqtidar-Yapizm, Yapon İmperatorları (Z.H.) milləti 20-25 ildir ki, gətirib qarnına (ailənin dolanışığına) bağlayıb. Bizim isə Türkiyə türklərinə çatmağımıza hələ 1000 il var. Çünki 17 illik Ərdoğan hakimiyyəti türklərin mübarizə əzminin qıra bilmidiyini bələdiyyə seçkiləri bir daha sübut etdi.

t.ədalət 2019-04-06 12:38:14

Elinanın ölümünü təşkil edənlər,o cümlədən məktəb ....cəzalanmasa,biz də,gərək Türkiyədə olduğu kimi günahsız bir cocuğu ölümədək gətirib çıxardanlara "Hamımız Elinayıq!"-şüarına qopşulaq!Qanunlar susanda insanların verə biləcəyi cəza gərəkir.

t.ədalət 2019-04-06 12:38:14

İncidilmiş qız bu gün səhər ölüb.Onun ölümünə səbəb olan əsas ...məktəbin direktorudur. Məktəbdə təlim-tərbiyəni qoruya bilməyən,"YAP-çıyam"-deyib suyu bulandıranlar da var.Onlara qarşı ciddi tədbir görülməlidir.Əks təqdirdə cəzanı Allah verəcəkdir!

Son yazılar