DEPUTAT OĞLUNUN TOYU - “Menyu 300 manatdır”

Millət vəkili Mirzəcan Xəlilov aprelin 19-da Bakıdakı dəbdəbəli “Bağçalı Saray” şadlıq sarayında oğlu Vüqar Xəlilova toy edəcək.

Məlumata görə, Vüqar bəy Əsli adlı xanımla ailə həyatı qurur. Millət vəkili Mirzəcan Xəlilov baş tutacaq toy mərasimi ilə bağlı yayılan məlumatın doğru olduğunu təsdiqləyib.

“Bəli, inşaAllah bu ayın 19-u oğlumun toy mərasimini edəcəyəm. Bildiyiniz kimi, toy “Bağçalı Saray”da baş tutacaq”, – deyə deputat əlavə edib.

“Bağçalı Saray” şadlıq sarayının direktoru Fərid adlı şəxs də aprel ayının 19-da toy mərasimi olacağını bildirib: “Bu ayın 19-na artıq mühüm toy sifarişimiz var. Toyun vaxtını dəyişdirmək mümkünsüzdür. Masanın qiymətlərinə gəldikdə isə, qiymətlər fərqlidir. Bir nəfərlik masanın qiyməti 220 manatdan başlayır, 300 manata qədər dəyişir”.

Qeyd edək ki, Vüqar Xəlilov Azərbaycan Futnet Assosiasiyasının rəhbəridir.(Demokrat.az)

635x100

Şərhlər

adamlar 2019-04-05 22:18:44

Azersunun durabalarin havayi buludu, sepin goylere

vızz 2019-04-05 22:18:44

Nə oldu, Futnet işə yaramadı???

Çina 2019-04-05 22:18:44

Allah kəssin kökünüzü!!!!

XX-1dən P.H-ə 2019-04-05 22:18:44

Zəhmət olmasa bu məqaləni oxuyun və Mirzəcana-Sabirabadın Kovlar kəndində doğulmuşa təkrar xoş arzularınızı çatdırarsınız!!!!!! ""Deputat Mirzəcan Xəlilov barəsində şok məlumatlar.. Zülfüqar Əliyevin dedikləri ilə bağlı Mirzəcan Xəlilovun fikirlərini dərc etməyimiz üçün köməkçisinin bizdə olan telefon nömrəsinə dəfələrlə zəng etsək də cavab verən olmadı. Deputatın mövqeyini dərc etməyə hazırıq. Yeni Musavat qəzeti=05.10.2016 08:30 12467""

P.H 2019-04-05 22:18:44

Allah xoşbəxt etsin.Övladına kişi toy edir,zəhmət cəkib övlad böyüdüb.Başqaları kimi səfeh həyata pul xərcləmir. Allah bütün atalara övladınının xeyir işində iştirak etməyi nəsib etsin.AMİN!

pensioner 2019-04-05 22:18:44

Adını birinci dəfə eşitdiyim deputatın 300 man. masaya daxil edilənlərin adını açıqlaması daha maraqlı olardı.Əhalinin mütləq əksəriyyətinin belə masaların varlığından ümumiyyətlə xəbəri yoxdur.

Ramiz 2019-04-05 22:18:44

Biz de fikirlesirik ki ayin basina kimi ne ile dolanacayiq.Pensiya naziri de kasib-kusubun pensiyalarini lrgv eletdirib ozunu qehraman sayir.Nece ailenin coreyinin kesilmesine bais oldu.Ona gore deyirlr e vay o gune ki pis gedecek yerine yaxsi gelecek.

Son yazılar