“Nəticələr mütəmadi dəyişir...” - Binəli Yıldırım

Hazırda gözləməkdən başqa edə biləcəyimiz heç nə yoxdur. Ali Seçki Qurumu bütün prosesi idarə edib, daha sonra yekun qərarını açıqlayacaq.

Bu sözləri Cümhur İttifaqının İstanbul bələdiyyə sədrliyinə namizədi Binəli Yıldırım deyib.

“Müxtəlif ilçələrdə səslərin sayılması davam etdiyi üçün nəticələr mütəmadi dəyişir. Ancaq müəyyən həcmdə aradakı fərqin azaldığını müşahidə edirik. Detallı fəaliyyəti ilçələrdəki seçki qurumlarının təşkil etdiyi heyətlər icra edir. Bu detalları mənim çatdırmağım doğru olmaz. Söyləyəcəyim tək bir şey var. Qanunlara uyğun şəkildə işlər aparılır. ASQ səslərin yenidən sayılması ilə ortaya çıxan rəqəmləri işləyir. Hazırda proses başa çatmadan bir söz deməyim düzgün olmaz. Çünki bu işin sahibi ASQ-dir”, – Yıldırım bildirib.

B.Yıldırım həmçinin deyib ki. indiyə qədər aradakı fərq 18 min səsə düşüb: “Hələ sayılacaq çox sandıq (səsvermə qutusu) var. Biz sayımın tam bitməsindən sonra nəticələrin dəyişəcəyi qənaətindəyik”.

Yıldırım təkrar seçkinin mümkünlüyü barədə suala “Biz nə ilçə, nə mahal, nə də ASQ-yıq, bu qərarı onlar verir, nə qərar verilərsə, başımız üstünə” deyə cavablandırıb. AKP-nin İstanbul namizədi həmçinin qarşı tərəfin narahatlığını da anlamadığını bildirib. Onun sözlərinə görə, əgər özlərinə güvənclidirlərsə, təkrar sayımdan narahat olmağa heç bir ehtiyac yoxdur: “ASQ kimə imtiyaz verəcəksə, bələdiyyə sədri də o olacaq”.

AKP-nin İstanbul mahal başqanı Bayram Şənocaq isə indiyə qədər AKP namizədinin topladığı səslərin 12.300 artdığını bildirib və hazırda prosesin davam etdiyini deyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar