SAHİBKARLARLA ABUTALIBOV ARASINDA MİLYONLUQ QALMAQAL - Şok iddialar

Baş nazirin müavini Hacıbala Abutalıbov yenə narazılıq yaradıb. Budəfəki narazılıq Abutalıbovun on iki sahibkarla sövdələşməsi nəticəsində ortaya çıxıb. Bu barədə xəbər “Unikal” qəzetinin bugünki sayında dərc edilib.

Qəzetə məlumat verən mənbənin sözlərinə görə, məsələ H.Abutalıbovun Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı olduğu dönəmdən başlayıb: “Bildiyiniz kimi, tikinti ilə bağlı ölkə başçısının son fərmanına qədər iri miqyaslı tikinti işlərinə Bakı Şəhər İcra Hakimiyyəti icazə verirdi. Təbii ki, bu icazənin haqqı da iri məbləğlə ifadə olunurdu. Məndə olan məlumata görə, Hacıbala Abutalıbov Bakı meri olduğu dövrdə on iki sahibkarla Bakıda tikinti işlərinin aparılması ilə bağlı razılığa gəliblər. Həmin razılaşmaya görə sahibkarlar yüz milyon manat pul ödəyiblər. Ancaq bundan bir müddət sonra Hacıbala Abutalıbov Bakı meri postundan çıxarıldı. Bu səbəbdən də həmin sahibkarlara tikinti haqqında sərəncamı imzalaya bilmədi”.

Sözügedən sövdələşmədə xanım iş adamının vasitəçi olduğunu deyən mənbəmiz əlavə edib ki, indi sözügedən sahibkarlar həmin xanım iş adamından ya onlara vəd olunan tikinti haqda sərəncamın imzalanmasını, ya da pullarının qaytarılmasını tələb edirlər. “Vasitəçi xanım isə narazı sahibkarları Hacıbala Abutalıbova yönləndirib” – deyən mənbəmiz bundan sonra vəziyyətin daha da gərginləşdiyini deyiblər.

Qaynağın bildirdiyinə görə, bundan sonra sahibkarlar H.Abutalıbovun yeni iş yerinə – Nazirlər Kabinetinə getməyə məcbur olublar. Onlar uzun müddətdir keçmiş merin yeni iş yerinin qapısı ağzında qalıblar.

Qeyd edək ki, bu yaxınlarda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin  400-ə yaxın binada tikintinin müafiq qaydalara uyğun aparılmadığını, layihələrinin şəhərin baş planına uyğun gəlmədiyini müəyyənləşdirdiyi açıqlanıb. Buna görə bir çox tikinti şirkətlərinin fəaliyyətinin dayandırıldığı, layihələrinin geri qaytarıldığına dair xəbərlər var...

AzPolitika.info

 

635x100

Şərhlər

Həmid 2019-04-06 10:48:40

MƏMURLAR ATDIQIQLARI MİLYARDLARI QAYTARMALIDIR. BAŞQA ÇIXIŞ YOLU YOXDUR. YOXSA FƏSADLARI YAXŞI OLMAYACAQ. HƏR BİR KƏS BİLİR Kİ ATILIBDIR ATANŞİKLƏR TƏRƏFİNDƏN.

Bəhram 2019-04-06 10:48:40

Minlərlə obyekt yiyəsidi kimsə yoxlama apara bilər.Fagır qohum əqrabası varsa göstərsin.Pul pres Həhat intres.

Jurnalist 2019-04-06 10:48:40

Hacıbalanın qanunsuz əməllərinə cəmiyyət biganə qalmayıb. Tanınmış jurnalist, alim Xalid Niyazov məhşur "Yaşıl soyqırım" məqaləsini yazıb, Eynulla Fətullayev "Gündəlik Azərbaycan" qəzetində silsilə məqalələr yazıb, məşhur Hacı Maqsud Mahmudov, Hacıbalanın oğlu və özü ilə məhkəmə çəkişməsində olub, məşhur memarlar Emil Axundov və Elbay Qaımzadə Hacıbalanın şəhərsalma sahəsindəki işlərini həmişə tənqid ediblər. Bu tənqidləri qulaqardına vurduğu üçün, Hacıbala indi həbs olunmaq təhlükəsi ilə üzləşib

analitik 2019-04-06 10:48:40

Yüksək inteliekt səviyyəsinə malik, akademik Ramiz Mehdiyevdən uzun illər idarəetmə dərsi almış, Eldar Əzizov .....üçlükdə Hacıbalanı əvəz edə bilməzdi. Buna görə də Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsini Bakı şəhər İcra Hakimiyyətinin sturukturundan çıxardırdı və bununla da Nərminə və Akiflə əlaqəni birdəfəlik kəsdi. Görünür Nərminəni Arxitektura Komitəsi də qəbul etmir. 100 milyon alınıb, sərəncamı kim verəcək? Yeganə və ağıllı çıxış yolu bu işdə əli olanları həbs etməkdir. Bundan yaxşı yol ola bilməz!

Baba 2019-04-06 10:48:40

Talan, korrupsiya 25 ildir o qədər inkişaf edib ki, artıq oğru məmurların həyat tərzinə çevrilib. Sanki bir akademiyaya çevrilib. Ona görə indiki məmur sistemi tamamilə məhv edilməsə nə islahatdan, nə də başqa nə isə yaxşı olası bir dəyişiklikdən danışmağın mənası yoxdur.

Vətəndaş 2019-04-06 10:48:40

Məmurların (Hacıbala kimi.........)oğurladıqları xalqa mənsub olan yüzlərlə milyardları qanun yolu ilə alıb qaytarmaq əsas məsələrdən 1-cisidir

fikrət 2019-04-06 10:48:40

nə olsun büdcədən verəcəklər sahibkarlara burda nə var ki

antiAbu 2019-04-06 10:48:40

Hacıbala dövründə Bakı şəhər İcra Hakimiyyətinin maklerlik edən məmurları iş adamlarına həmişə atıblar. Məsələn, əvvəllər şöbə müdiri, sonra isə Aparat rəhbəri vəzifəsində çalışan rasim, Əfqanıstan veteranı Nəsrulla Bayramovdan tikintiyə sərəncam almaq adı ilə külli miqdarda pul alıb, sonra aldığını danıb,tutduğu vəzifədən istifadə edərək, məhkəmələdə Nəsrulla Bayramovu borclu çıxartdırıb. Bu adam Bakı şəhər İcra Hakimiyyətində işlədiyi dövrdə, Hacıbalanın diktəsi ilə ondan-bundan həqiqətə uyğun olmayan Xidməti məlumatlar yazıb, məhkəmələrdə onun-bunu üzünə durub, ... məşğul olub. Onun Səfail adlı işçisi həmişə deyirdi ki, Fidumə Hüseynova Binəqədi rayonunda icra Başçısı olanda ondan soruşub ki, sənin müdirin Bakı şəhər İcra Hakimiyyətində yenə də onu-bunu satmaqla məşğuldur? ... O biri maklerlər mənəviyyətcə bu Rasimin başqa formasıdırlar. Bunların bəzən bəxtləri də gətirir..... Məsələn, ....“valik” ləqəbli T.M. arvadını bulvarda başqa kişi ilə tutub döyəndə, o vaxtlar Səbail RPİ-nin rəisi Nazim Nağıyevin yanına gətirirlər və bu yaramaz deyir ki, aliməm. Nazim müəllimin qardaşları alim olduqları üçün bu yaramazı da mərifətli bir adam kimi qəbul edib, ona arvadını döyməyə görə iş açmağa qoymayıb. Bu yaramazın başqa sahənin alimi olmasını Nazim müəllim haradan bilə bilərdi?

махмудов елман 2019-04-06 10:48:40

Axi na dayisib bunun agentlari indida faaliyyatdadi manzil tassarufatinda dirnagarasi gazet budkalari adamin agzina girir ela bilki gastranomdular orada gazetdan basga har sey satilir goranda yoxdu

antiAbu 2019-04-06 10:48:40

Atalar yaxşı deyib, “özgəyə quyu qazanın özü bu quyuya düşər.” Bi vaxtlar, Bakı şəhər İcra Hakimiyyəti Şəhər Təsərrüfatı şöbəsinin əməkdaşı Əli Qurbanova qazdığı quyuya indi Hacıbalanın özü də düşür. Hacıbala, Əli Qurbanovdan aldığı pulları danıb, sahibkarların sərəncamlarını vermək istəmirdi. Əli Qurbanov Bakı şəhər İcra Hakimiyyətinin binasına avtomat silah keçirib, Hacıbalanın bir neçə əməkdaşını girov götürür. Bu əməkdaşlardan Namiq Məmmədov adlısı avtomatı görən kimi özünü .... Hacıbala məcbur qalıb sərəncamları verir. Sonra Puşkin adlı sahibkarın pulunu yeyib, Əli Qurbanovun üstünə atırlar və ona dələduz adı qoydurub, həbs etdirirlər. İndi Əli Qurbanov üçün qazdığı quyuya Hacıbala özü düşməli olacaq.

AYRİM 2019-04-06 10:48:40

xanimin adını mən deyim bu Fidumədi. Binəqədi rayon İHB idi sonra onu Bakı şəhər ihb muavini etdilr aranı qarişdirdi pullar patdı.

antiAbu 2019-04-06 10:48:40

2001-2006-cı illərdə Hacıbalanın tikinti üzrə “kassiri” Sədaqət Məmmədova olub. 2006-cı ildə Hacıbalanı işdən azad edib, Eldar Əzizovu onun yerinə təyin etmək istəyiblər. Axşam sərəncamlar oxunmalı imiş. Hacıbalanı Prezident Administrasiyasına çağırıblar və işdən azad olunduğuna elan ediblər. Şahidlərin dediyinə görə, Hacıbala Heydər Əliyevin Administrsiyasındakı büstünün qarşısında bir şou çıxardıb ki, bu şou barədə Prezidentə məlumat veriləndə, Prezident deyib ki, qoy gedib işləsin. Bu hadisədən dərhal sonra, Hacıbala tikinti “kassir”liyini Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşı olmayan Nərminə İsaqovaya, Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi əvəzi vəzifəsini isə Heydər Əliyevin qardaşı oğlu Raim Əliyevin əlaltısı olan, memarlığın nə olduğunu ....Akif Abdullayevə həvalə etdi. Bu üçlük 2006-2018-ci illərdə Bakının anasını ağladıb, onu it gününə salıb, milyardlar qazandılar. Ev tikən sahibkarlarla bu üçlük arasında əsas makler Hacıbalanın qardaşı Osmanın kürəkəni Vüqar Seyidov olub. Bu dövrdə Memarlıq və Şəhərsalma İdarəsindəki memarların əksəriyyətini bu Vüqar təyin etdirib.

Vetendaş 2019-04-06 10:48:40

Ay Hacıbala müəllim illərlə yığdıqların özünə yox,nəslinə və onların köklərinə bəs edər.75 yaşın var.Axı sənə yaraşmaz.Mən elə bilirdim ki,sən uzaq görən adamsan.Uzaqgörən olsaydın vəzifədən uzaqlaşıb gedib oturardın nəvəjərin yanında və yerdə qalan ömrün günlərini sayaraq gününü kecirərdin.Niyə sən başda olmaqla yaşı ötmüş bəzi məmurlara pul,vəzifə candan şirin olub?

hellas 2019-04-06 10:48:40

Bağışlayın ey, bu bir kişi tanıyan nə karədir ki, bu qədər pulu götürsün, bu qədər adamı avara qoysun. Bəs bizim KQB-miz hara baxır. Türkiyədən "özlərini pis aparan, erməni dəyirmanına su tökənləri tutuzdurub bura gətirə bilir" (əfsuslar olsun ki, Avropaya barmaq edə bilmirlər), bu bir kişiylə yatıböduranın ağzından vura bilmir????????

Avtandil 2019-04-06 10:48:40

Abutalıbov belə işləyib. Ona söz deyən,qarşısını alan olmadığından özbşınalıq edib,xanım vasitəsilə rüşvət yığıb.Bu da sübut.İndi görək hakimiyyət bu özbaşınalığı necə qiymətləndirəcək?Əvvəl qiymətləndirib onu baş nazirə müavin təyin ediblər.Xoruzun quyruğu görünüb.Necə olur ki, belə adam yeni.daha yüksək vəzifə alıb? Bu maraqı deyilmi?

Son yazılar