Putinlə Poroşenkonun görüşü baş tutdu

Minskdə Rusiya prezidenti Vladimir Putinin və Ukrayna dövlət başçısı Petro Poroşenkonun görüşü başlayıb.

ANS PRESS-in məlumatına görə, bu haqda Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"İndi ikitərəfli görüş gedir", - deyə Peskov bildirib.

Daha əvvəl Peskov bildirirdi ki, görüş zamanı qaçqınların problemləri, humanitar köməyin çatdırılmasıyla bağlı məsələlər, həmçinin Ukraynanın cənub-şərqində vəziyyət müzakirə edilə bilər.

Daha əvvəl Ukrayna telekanalı “1+1” öz mənbələrinə istinadən bildirmişdi ki, görüş ləğv edilib. Başqa nəşr "Ukrayna həqiqəti" qəzeti öz mənbələrinə istinadən yazırdı ki, ikitərəfli görüş daha sonra Türkiyə prezidentinin inaqurasiyasında keçiriləcək.

İndi Belarus prezidenti Aleksandr Lukaşenko iddia edir ki, çərşənbə günü Minskdə "Ukrayna-Rusiya-ATƏT" formatında görüş keçirə bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar