BUNA GÖRƏ ÖLKƏDƏN 211 MİLYON DOLLAR ÇIXARILIB... - İstehsalda 65 faiz azalma

"10 milyon əhalisi olan ölkənin 90 min cüt ayaqqabı istehsal etməsi faciədir. Təlabatı yerli istehsalla təminetmə səviyyəsi bu mal çeşidi üzrə 1%-dən də azdır. Ehtiyacımızın 99%-dən çoxunu idxal hesabına təmin edirik". Bu fikirləri iqtisadçı ekspert Nemət Əliyev öz  "facebook" hesabından paylaşdığı yazısında bildirib.

"AzPolitika.info" həmin yazını təqdim edir: "Gündəlik istifadə etdiyimiz ayaqqabının istehsalı bu ilin yanvar-fevral dövründə 65% azalıb. Bu iki ayda cəmi 15 min cüt ayaqqabı istehsal etmişik. Bu gedişatla fabrik və sexlərimiz ilin sonunadək vur-tut 90 min cüt ayaqqabı tikəçək. 10 milyon əhalisi olan bir ölkənin ildə 90 min cüt ayaqqabı istehsal etməsi rəzalətdir.

Çırıq ayaqqabılara yamaq salan pinəçilərdən vergi yığmağı hədəf seçən hökumət bu sahədəki dözülməz vəziyyəti nəzərə almalı, daşı ətəyindən tökməli, yerli istehsalı təşviq edən gerçək islahatlar həyata keçirməlidir. Mövcud iqtisadi şəraitin dözülməz olması bu sahəni inkişafdan saxlayan başlıca səbəb kimi diqqəti cəlb edir.

Doğrusu, hökumətin islahat düşüncəsinə məəttəl qalmaya bilmirsən. 2014-cü ildə 70 min cüt, 2015-ci ildə 67 min cüt, 2016-cı ildə 324 min cüt, 2017-ci ildə 196 min cüt, 2018-ci ildə 222 min cüt ayaqqabı istehsal olunub. Son 5 ildə hər ilə orta hesabla 176 min cüt ayaqqabı düşüb. Bu məhsul çeşidinə ölkə əhalisinin illik təlabatını ödəmək məqsədi ilə dünyanın dörd bir yanından 2016-cı ildə 34 milyon cüt, 2017-ci ildə 37 milyon cüt, 2018-ci ildə isə 36 milyon cüt ayaqqabı idxal olunub.

Yerli istehsalın həcmi idxal göstəricisi ilə heç müqayisəyə də gəlmir. Yerli istehsalla təminetmə səviyyəsi bu məhsul çeşidi üzrə 1 faizdən də azdır. Bu səbəbdən ayaqqabıya ölkədaxili təlabatın 99 faizdən çoxu idxal malları hesabına ödənilir. Demək olar ki, hamılıqla əcnəbi ayaqqabıların üzərində gəzirik. Milli iqtisadiyyat burada, demək olar ki, bitib.

Son üç ildə yalnız ayaqqabı idxalına 211 milyon dollara qədər valyuta xərcləmişik. Hər il milyonlarla valyuta vəsaitləri Çin, Türkiyə, İran, Özbəkistan, Rusiya, Niderland, Belçika, Vyetnam, İtaliya və sair ölkələrə axın edir. Valyuta ehtiyyatlarına qənaət etmək, real iş yerləri yaratmaq, milli iqtisadiyyatı inkişaf etdirmək istəyən hökumətin fəaliyyətinə yerli istehsalda əmələ gəlmiş bu böyük boşluğa zəmin yaratdığına görə heç cür haqq qazandırmaq mümkün deyil.

İdxal olunan ayaqqabıların 57 faizi Çin, 24 faizi Türkiyə, 16 faizi İran mənşəlidir (2017-ci il). Göründüyü kimi, daxili bazarlarda nisbətən keyfiyyətsiz Çin malları dominant mövqelərə malikdir. Yerli imkanları səfərbər etmək hesabına keyfiyyətsiz Çin ayaqqabıları ilə müqayisədə nisbətən keyfiyyətli yerli məhsul istehsal etmək elə də çətin olmamalıdır. Yalnız bu məhsul növünün istehsalında dönüş yaratmaqla həm milyonlarla valyuta ehtiyatlarına qənaət etmək, həm də minlərlə yeni, lakin real və daimi iş yerləri açmaq mümkündür".

635x100

Şərhlər

Eldar 2019-04-06 12:26:04

Ölkəni, xalqı talamağın, korrupsiyanın hər quldurun öz metodu üsulları var. Bu üsullar uzun illərin kəşfidir. Talanmış, ölkəyə millətə atılmış pulları qaytarmaq lazımdır.

buzlaq 2019-04-06 12:26:04

Ə bə nə oldu? o multikdə popuqay Keşa demişkən, "бац" orda zavod açdıq istehsaı 150 faiz oldu, "бац" burada fabrik açdıq istehsal 350 faizə çatdı, "бац" bunu belə etdik işsizlik Avropadakından da az oldu deyə ağzınıza broyler toyuğu yerləşmir?? Bunlar hamısı hara getdilər?? De da bəəəəə!!

İqtisadçı 2019-04-06 12:26:04

Nə ayyaqqabı,çorab,köynək,dəsmal və sair asan istehsal edilən və avadanlığı sadə olan mallar belə xaricdən gətirilir.Pambıq istehsal edilir.Onu parçaya və mala çevirməyi dşünən yoxdur.Yun itehsalı da onun kimi.Bu ölkədəyerli istehsala,əhalinin məğulluğuna diqqət yaddan çıxıb.Yalan inkişaf kəlməsi məzhəkəyə dönüb. Bu məsələni maşınqayırma sənayesinə də aid etmək olar.Adi bolt,qayka,vint,şurup xaricdən gətirilir.Ölkə sənayesi bir-iki nəfər işbazların ümidinə buraxılıb. İnkişaf yox,tənəzzül baş verib və verir

EJDER 2019-04-06 12:26:04

BELI, BRAVO...BU ANALOQU OLMAYAN HOKUMETIMIZIN,ANALOQU OLMAYAN KITAYS SKI ,DAYANIQLI INKIWAFININ NETICESININ GOSTERICISIDI.WIROKO WAQAYET AZEBIJAN...VAXTLARI YADIMA DUWUR...MOLODES

Son yazılar