“SOVET İDARƏÇİLƏRİNDƏN XİLAS OLMALIYIQ...” – “ABŞ-da təhsil sistemimizin inkişafına dəstək istədim”

Milli Məcisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadənin “AzPolitika.info”ya müsahibəsini təqdim edirik:

- Asim bəy, Amerika səfəriniz hansı məqsədlə həyata keçirilirdi, bu Milli Məclis xətti ilə olan səfər idi, yoxsa sırf tədbirə dəvət olunmuşdunuz?

- Azərbaycan-Amerika Dostluq Qrupunun üzvləri olaraq ABŞ Konqresində və Senatındakı həmkarlarımızla görüşlər keçirmək, Azərbaycan-Amerika münasibətlərini müzakirə etmək və Azərbaycanın həyata keçirdiyi mühüm strateji prinsiplərlə bizim tərəfdaşlarımızı tanış etmək niyyəti ilə edilən səfər idi. Bu səfər zamanı biz Senatda, Konqresin Nümayəndələr Palatasında görüşlər keçirdik. ABŞ-Azərbaycan münasibətləri ilə bağlı vəziyyətlə, mövqelərlə bir daha tanış olduq, mövcud problemləri müzakirə etdik. Əslində, Amerika Azərbaycanın strateji təhlükəsizlik məsələlərində əməkdaşlığını çox yüksək qiymətləndirir. Azərbaycanın enerji təhlükəsizliyi sahəsində fəaliyyəti Amerikada çox önəmli məsələ kimi qəbul olunur. ABŞ-da Azərbaycanın yeni və strateji nəqliyyat dəhlizini formalaşdırmasını bilirlər və bu ABŞ-ın maraqlarını uyğundur. Onlar bu məsələ ilə bağlı Azərbaycana öz minnətdarlıqlarını bildirirlər. Biz, Azərbaycanın çox önəmli olan dəyərləri barədə amerikalı tərəfdaşlarımız və dostlarımızı məlumatlandırdıq. Söhbət Azərbaycanda əsrlər boyu mövcud olan fərqli dinlərin, fərqli etnik qrupların əməkdaşlıq və tərəfdaşlıq ənənələrindən gedir ki, Azərbaycan bu baxımdan bir sıra ölkələr üçün nümunə ola bilər. Və ABŞ-da bizim bu dəyərlərimiz çox yüksək qiymətləndirilir.

Biz, bunlarla yanaşı ABŞ-ın nüfuzlu yəhudi təşkilatı olan AİPAC-ın illik konqresində də iştirak etdik. Bir sıra görüşlər zamanı Azərbaycanın min illərdir ki, yəhudilərlə qardaşlıq və əməkdaşlıq əlaqələrinin olduğu ifadə edildi. Həmçinin, bu əlaqələrin Amerika-Azərbaycan-İsrail münasibətləri üçün də önəmli olduğu vurğulandı. Hesab edirəm ki, bizim səfərimiz çox uğurlu oldu. Qarşımıza qoyulan məqsədlərə çatdıq, dostlarımızla bir daha görüşdük və gələcək əməkdaşlıq barəsində də ciddi müzakirələr apardıq.

- Həmkarınız Səməd Seyidovun “Azərbaycan islahatlar aparmaq üçün ABŞ-dan dəstək istəyir” şəklində bir ifadəsi sosial şəbəkələrdə ciddi müzakirə olundu...

- Səməd müəllim bir sıra fikirlər səsləndirib. Bildiyiniz kimi, Azərbaycanda çoxşaxəli iqtisadi və sosial sahələr üzrə islahatlar başlayıb. Bununla yanaşı mən də müəyyən fikirlərimi ifadə etdim.

- Yəni səfərin məqsədi həm də aparılan islahatlara dəstək almaq idi?

- Yox. Məqsəd Azərbaycan-Amerika münasibətlərini genişləndirmək və Azərbaycan-Amerika parlamentlərarası əməkdaşlığı gücləndirmək idi. Səməd Seyidov isə islahatlarla bağlı dostlarımıza kifayət qədər geniş məlumat verdi, onları məlumatlandırdı ki, Azərbaycanın strateji inkişafı istiqamətləri üzrə zəruri islahatlar həyata keçirilir. Mən də bəzi məsələ ilə bağlı danışdım.

- Hansı məsələlərlə?

- Bizim dostlar hər zaman sual edirlər ki, biz, sizə necə kömək edə bilərik. Mən də qeyd etdim ki, ən əsas məsələ Azərbaycanın təhsil sisteminin səviyyəsini qabaqcıl standartlara qaldırmaqdır. Çünki islahatları həyata keçirmək üçün bacarıqlı menecerlərə ehtiyac var. Söhbət biznes, ictimai, siyasi, iqtisadi sahələr üzrə savadlı menecerlərdən gedir. Bunun üçün yüksək səviyyəli təhsil, peşəkarlıq və yüksək mədəniyyətə ehtiyac var. Bu istiqamətdə Azərbaycan təhsil sisteminin inkişafı vacibdir. Çünki biz, bu mütəxəssisləri Azərbaycanda yetişdirməliyik. Deməli Azərbaycan universitetləri ilə Amerika universitetləri arasında əməkdaşlıq genişləndirilməlidir. Eləcə də, mədəni sahədə əlaqələr inkişaf etməlidir. İslahatların təməli bu sistem üzərində qurulur. Bu səbəbdən də, qeyd etdim ki, Azərbaycanın islahatları gücləndirməsi, həyata keçirməsi üçün ABŞ bizim təhsil sisteminin inkişafına öz dəstəyini verə bilər.

- Sizin başqa bir açıqlamanız daha ciddi müzakirə olundu. Mən, məmurlar haqqında dediyiniz ifadələri nəzərdə tuturam...

- Əslində burada yeni bir şey yoxdur. Mən bu fikirlərimi Bakıda da deyirəm. Bildirirəm ki, biz sovet idarəetmə təfəkküründən və sovet idarəçilərindən xilas olmalıyıq. Məmurların xalqın qarşısında ciddi öhdəlikləri olmalıdır və onlar bilməlidirlər ki, məhz xalqa xidmət edirlər. Və sovet məmur özbaşınalığı ənənələrinə son qoyulmalıdır. Mənim bu sözlərimdə yenilik yoxdur və siz dəfələrlə bu sözləri məndən eşitmişiniz.

- Ancaq bu sözlərin Amerikada dilə gətirilməsi xüsusi maraqla qarşılandı. Sizcə, niyə?

- Mən bu fikirlərimi həm Amerikada, həm Avropada, həm də dünyanın hər yerində deyirəm. Bildirirəm ki, keçmiş sovet ölkələrinin inkişafı və güclənməsi üçün sovet təfəkkürünə son qoyulmalıdır. Və müstəqil dövlətlər öz müasir idarəetmə sistemini formalaşdırmalıdırlar. Məmur özbaşınalığı hər bir dövləti zəiflədən amildir, onlar peşəkarlarla əvəzlənməlidir. Mən bu fikirlərimi hər yerdə deyirəm. Çünki məhz müasir təhsil sistemi dünya mədəniyyətini Azərbaycan milli mədəniyyəti ilə qovuşduraraq yeni bir sistem yarada bilər. Və biz sovet ənənələrindən xilas olmalıyıq. Çünki bu Azərbaycanın müstəqilliyinə olan ən böyük təhlükədir.

- Bu fikirlərinizə görə sizə etiraz edən olubmu?

- Xeyr. Mən tənqidlər eşitməmişəm. Əksinə, gənclərdən dəstək görmüşəm. Mən düşünürəm ki, ölkəmizin gücü məhz gənclərin inkişaf perspektivi ilə bağlıdır, onların idarəetmədə, ölkəmizin hər bir sahəsində güclü mövqelər tutmasına ehtiyac var. Ölkəmizin müasir, müstəqil və demokratik dövlət kimi inkişafı üçün islahatlara ciddi zərurət var.

- Azərbaycan prezidentinin məhkəmə hakimiyyətində islahatların aparılmasına dair qərarı olub. Buna münasibətiniz necədir?

- Mən bu addımları yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bunların hamısı zəruri addımlardır. Mən sosial sahədə atılan addımları da əhəmiyyətli sayıram. Düşünürəm ki, şəhid ailələri, müharibə əlilləri, müharibə veteranlarına olan münasibət hər bir dövlətin silahlı qüvvələrinə olan töhfəsidir. Azərbaycan çox ciddi təhlükələrlə üzləşib və Azərbaycan dövlətini gücləndirmək üçün məhz bu təbəqəyə sosial dəstəyin ifadə edilməsi, habelə digər sosial layihələrin həyata keçirilməsi müsbət addımlardır. Bunu əhəmiyyətli sayır və müsbət hesab edirəm. Ümid edirəm ki, bu proses davam edəcək.

- Amerika-Azərbaycan münasibətlərini necə qiymətləndirirsiniz? Həqiqətənmi bu əlaqələr yüksək səviyyədədir?

- Bəli. Lakin onu da qeyd edim ki, bunu istəməyən qüvvələr də çoxdur. ABŞ-da çox peşəkar, güclü və zəngin erməni diasporu bu münasibətləri pozmaq üçün əlindən gələni edir. Hər şeydən istifadə edirlər. Erməninin arxasında duran digər qüvvələrə bağlı olan şəxslər Azərbaycana qarşı informasiya müharibəsi aparırlar. Baxın, erməni diasporunun ən güclü olduğu ölkələr ABŞ, Fransa və Rusiyadır. Bu ölkələr həm də Minsk Qrupunun həmsədrləridir. Bəlkə bu diasporun fəaliyyəti nəticəsində indiyə qədər həmsədrlər institutu real nəticələr əldə edə bilməyib. Azərbaycanın dünya, nüfuzlu ölkələrlə münasibətlərini pozmaq istəyən əsas bu qüvvədir. Mən bu müharibəni qarşımızda mühüm hədəf kimi görürəm. Müharibə təkcə səngərdə getmir, bütün cəbhədə gedir. Azərbaycanı zəiflətmək, problemlər yaratmaq istəyən qüvvələr kifayət qədər güclüdürsə, deməli biz də səfərbər olmalıyıq. Həm rəsmi diplomatik, həm parlament diplomatiyası sahəsində. Mən istərdim ki, dünyada Azərbaycanın dostlarının şəbəkəsi güclənsin ki, bizə qarşı olan yalan kampaniyasında özümüzü müdafiə edə bilək.

- Bəs Azərbaycan-Rusiya münasibətlərini necə qiymətləndirirsiniz?

- Azərbaycanın bütün qonşuları, həmçinin Rusiya ilə strateji tərəfdaşlıq münasibətləri qurmaq, münasibətləri inkişaf etdirmək istəyi var. Azərbaycan bu istiqamətdə bütün zəruri addımları atıb. Təbii olaraq problemlər hər zaman mövcuddur. Rusiyada da Sovet İttifaqı xülyası ilə yaşayan qüvvələr var ki, onlar keçmiş sovet dövlətlərinin müstəqilliyini istəmirlər. Problemlər oradan gəlir. Bir daha təkrar edirəm ki, Rusiya erməni diasporunun ən güclü olduğu məkanlardan biridir. Onların da Azərbaycan-Rusiya münasibətlərini pozmaq üçün fəaliyyəti göz önündədir.

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

Mollazadəyə 2019-04-06 12:51:11

Cənab Asim Mollazadə və Şərh yazanlar görəsən yazdıqda düşünə bilirlərmi? Sovet təfəkkürü indiki təfəkkürdən dəfələrlə yüksəkdə durduğunu hiss etmirsiniz? Sovet vaxtı ölkədə qanunlar işləyirdi, tayfabazlıq və qohumbazlıq bu həddə çatmamışdı,insanlar çörəyə möhtac deyildirlər,işsizlik yox idi,Hamı qanunlara hörmət edirdi,insanların qiyməti vardı,kasıb və kimsəsiz.bacarıqlı insanlar irəli çəkilirdi,dövlətnəzarəti vardı.İndi nə etdik? Bir az vəzifəsi olan ayağının altını görmür,qanun kağız parçası olub və s.

Vətən OĞLU 2019-04-06 12:51:11

Asim Mollazadə deyirdiz sizi tənqid edən olmayıb fikirlərinizə görə -burda yazılanlar nədir bəs?sovet təfəkkürünun daşıyıcılarından biri elə sizsiz ....

AYDIN DÜŞÜNCƏLİ 2019-04-06 12:51:11

AY MOLLA ORDAN BİR FATİHƏ VER

Valeh 2019-04-06 12:51:11

Sənin kimilərdən xilas olsaq elə belə idarəçilikdən də xilas olmuş olarıq.

Kərəm 2019-04-06 12:51:11

Hörmətli Mollazadə müəllim ( bəy ) yaxşı və doğru olardı ki, Siz başlığı "YAP-ın yaramaz idarəçiliyindən azad olmaq" kimi yazaydınız.

AXC üzvü 2019-04-06 12:51:11

Mollazadə müəllim əvvəllər Xalq cəbhəsinin fəallarından idi.Sonra necə oldusa iqtidara yaxınlaşdı,MM-in deputatı oldu,indi də ağıl öyrədir.Bir anlıq düşünün: "Mollazadə kimdir"?

Əjdər-= 2019-04-06 12:51:11

Yeniliyi yeni təfəkkülü insanlarla etmək mümkündür.NFTALİN İYİ VERƏN YUXARILARdakı QOCALARLA YOX!YAP-ın limitinin bitdiyi,üzvlərinin milyardları oğurladıqları,ölkədən çıxardıqlarına göz yumulması,bir qrup qohumların ölkəni kooperativ kimi idarə etməsi ölkədə heç bir yeniliyə yol verilməməsi və yalanıarla idarə edilməsi bunu sübut edir. Təhsildə,səhiyyədə, sənayedə ,həmçinin digər istehsal və dövlət qurumlarındakı boşluqlar doldurulmasa,ölkədə qanunlar və Konstitusiya işləməsə inkişafdan söhbət gedə bilməz!

Ramal 2019-04-06 12:51:11

Asim də deyəsən möhkəm pullanıb. Üzü də gülür gözü də gülür.

Nizami 2019-04-06 12:51:11

BUNUN ÜÇÜN ƏN ƏVVƏL 25 İLDƏ ƏHALİDƏN TALANMIŞ OĞURLANMIŞ YÜZ MİLYARDLARI OĞRULARDAN ALIB YOXSUL AC MİLLƏTƏ VERMƏK LAZIMDIR. SOSİAL-İQTİSADİ VƏ SİYASİ ƏDALƏTSİZLİYİ BƏRPA ETMƏK,İNSANLARLA İNSAN KİMİ RƏFTAR ETMƏK. REGİYONÇULUQ,İNHİSARLAŞMA,QRUPLAŞMA,QOHUMBAZLIQ VƏ BAŞQA İDARƏÇİLİK SİSTEMİNDƏN ƏL ÇƏKMƏK LAZIMDIR Kİ ƏHALİNİN ƏSAS BÖYÜK HİSSƏSİ DƏ VƏTƏNİN VAR DÖVLƏTİNDƏN BƏHRƏLƏNƏ BİLSİN VƏ NORMAL YAŞAYA BİLSİN.YOXSA BU MƏMLƏKTƏ HƏR ŞEY BİR QRUP İNSANA MƏXSUSDUR.ÖLKƏ SANKİ BİR XÜSUSİ MÜLKİYƏTDİR

Mollazadəyə 2019-04-06 12:51:11

MOllalıq etməyin.Sovet təhsili indi kindən dəfələrlə keyfiyyətli idi.Heç olmasa orta məktəblərdə səviyyə vardı.Ali məktəblərdə isə səviyyə 70-ci illərdən sonrakorlandı.Amma nə qədər korlansa belə indikindən yaxşı ii.Bunu siz bilirsiniz.Təhsil səviyyəsi planlaşdırmadan və proramlaşdırmadan başlayır.Bu qədər özəl Ali məktəb açmaq,hətta dövlət universitetlərində ödənişli təhsil təşkil edib xeli gəncləri qəbul edərək keyfiyyətsiz təhsil vermək ("diplom satmaq) işə təyinat vermədən işsiz ordusu yaratmaq ne demə

Geber 2019-04-06 12:51:11

Deputatin fikirləri ABŞ-inin ideoloji linklərinə uyqunluqu:_ Sovet idarəcilərindən xilas olmaliyiq ANLAMİ , nə ücün ? , ondan ötəri ki ,necə əməl etmək ?cavabi qaranliqda troçkistləri tapmaq kimidir 30 -cu illərdə kəndimizdə Alahverdi İmamverdiyə deyir , ki Tanriverdini ğecə troçkist kimi ÇK apardi Axi troçskizm böyük elm , fəlsəfədir o tifilin bundan başi cixir ki yaziqi apardilar ? Səhərisi İmamverdini çağirirlar ÇK-aya , ki bəs cavab ver , sən haradan bilirsən ki troçskiz elm filan

EJDER 2019-04-06 12:51:11

BRAVO,BU ANALOQU OLMAYAN HOKUMETIMIZIN,,HAFTALAN ,,IYI VERMIW BAWBILENLERI...BAXIN HA,ISLAHATI COX DERINLEWDIRMEYIN, YOXSAPSA,P...U CIXAR UZE ABIWIN YANINDA BIYABIR OLARIQ...XERCUVUZ NE QEDER CIXDI,HIYYYY.HA HA HA .WUBHESIZ ,HEQIQET PARILDAYACAQ.

hellas 2019-04-06 12:51:11

Hörmətli müəllif və cənab Mollazadə! Deyirsiniz ki:“SOVET İDARƏÇİLƏRİNDƏN XİLAS OLMALIYIQ…”. Pək əla, bunun üçün Yapizm Azərbaycandan getməlidir. Buna Sovet çırtımlarının (Yapon İmperatorları (Z.H.) reaksiya.......? Bunların hamısını qoyaq qırağa, bəs Yapizm urus xolodilnikindən yıxmağa hazırdırmı? P.S.Bu sualları növbəti müsahibədə səsləndirərsiniz. Səsləndirə bilməsəniz DİM gələn ilki testlərə daxil etmək üçün göndərərsiniz.

Pisi 2019-04-06 12:51:11

Guya indi bu cavan ve muasir ideoloqdu

Elşad 2019-04-06 12:51:11

Sovet idarəçilərinin heç ayaqlarının tozu deyilsiniz. Onlara qara yaxmaqdansa gedib indikilərin çıxardığı oyunlardan danışmağınız pis olmazdı, əlbəttə ki, kişiliyiniz çata bilsə. Bezdik artıq bu cür çeynənilmiş, iyrənc ifadələrdən.

Son yazılar