Direktor özünü məktəb binasından atan şagird haqda DANIŞDI

162 nömrəli tam orta məktəbin direktoru Sevinc Abbasova özünü məktəb binasından atan 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümü ilə bağlı açıqlama yayıb.

BakuPost.az-ın məlumatına görə, məktəb direktoru bəzi sosial şəbəkə istifadəçiləri və kütləvi informasiya vasitələri nümayəndələrinin hadisənin həssaslığını nəzərə almasını xahiş edir.

Məktəb direktoru məsələ ilə bağlı məlumatında bildirir ki, əvvəl 49 nömrəli "İntellekt" məktəb-liseyində və 203 nömrəli tam orta məktəbdə təhsil alan Elina Hacıyeva 2018-ci ilin noyabr ayından 162 nömrəli tam orta məktəbə köçürülüb. Məktəbdə təhsil aldığı dövrdə məktəb rəhbərliyinin daimi nəzarətində olub, onun müxtəlif davranışları ilə bağlı özü və anası ilə məktəbin psixoloqunun iştirakı ilə bir neçə dəfə söhbət aparılıb, bu barədə aidiyyəti dövlət qurumlarına müraciət olunub.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən hadisənin təfərrüatları araşdırılır.

Qeyd edək ki, Bakının Səbail rayonunun 162 saylı orta məktəbinin VIII sinif şagirdi Elina Hacıyeva aprelin 4-də təhsil aldığı tədris müəssisəsinin 3-cü mərtəbəsindən özünü atıb. O, müxtəlif xəsarətlərlə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Elina Hacıyeva bu gün səhər saatlarında xəstəxanada dünyasını dəyişib.

Məktəbdən isə şagirdin özünü atmadığı, yıxıldığı bildirilib.

635x100

Şərhlər

Veteran 2019-04-06 21:23:52

Hetta aidiyyeti dovlet qurumlarini da melumatlandirmisiniz?! Siz ki bu qeder operativ ve deqiq iwleyirsiniz ne eceb bu cure dehwetli hadisenin qarwisini ala bilmemisiz?

buzlaq 2019-04-06 21:23:52

Yaxşıca düzüb-qoşdunuz. Əhsən Sizlərə!!

Son yazılar