İlin ən böyük kokain partiyası tutuldu
Baxiş sayı:
Dərc olunub:
27/08/2014 - 08:45
Peru polisi 3 tondan çox kokain ələ keçirib
Peru polisi ümumi çəkisi 3,5 ton olan, bu ilin ən böyük kokain partiyasını ələ keçirib.
ANS PRESS-in məlumatına görə, kokain Belçika və İspaniyaya yola düşən kömür yüklü gəmidə gizlədilmişdi. Hazırda gəmi ölkənin şimalında olan Truxilyo şəhərinin limanındadır.
Xüsusi əməliyyat zamanı polis 2 Peru vətəndaşını və 5 meksikalını həbs edib. Polislər ehtimal edir ki, kokainin daşınmasına meksikalı narkokartellərdən biri rəhbərlik edib.
Qeyd edək ki, 2012-ci ildən Peru kokain istehsalı həcminə görə Kolumbiyanı ötərək dünyada birinci yerdə olub.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.