“VKontakte” sosial şəbəkəsində İŞİD fəallığı

Bir neçə sosial platformada cıhadçı səhifələrə qadağa, onları alternativ axtarmağa məcbur edib

Suriya və İraqda yeni əraziləri nəzarət altına almaqda olan İslam Dövləti Rusiyanın VKontakte sosial şəbəkəsində bir neçə hesab açıb.

ANS-in məlumatına görə, vk.com serverlərində İslam Dövlətinin (əvvəlki İŞİD) saytı əvvəl də mövcud olub və hazırda cihadçı hərəkatın Suriya və İraq üzrə mətbuat xidmətlərinin yeni səhifələri açılıb.

Qeyd edək ki, Twitter və Facebook-la yanaşı bir neçə sosial platformada cıhadçı səhifələrə qadağa tətbiq edilir.

Sosial şəbəkə dövlət oqranlarının və istifadəçilərin tələbilə, habelə qeyri-qanuni məzmunun aşkar olunduğu təqdirdə İslam Dövləti və yaxud da hər-hansı başqa bir təşkilatın səhifələrinin bloklanacağını bildirir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar