Avstriyada “uçan taksi” sınaqdan keçirilib – FOTO

Dərc olunub: 06/04/2019 - 22:05

15545663275634114549_1000x669-768x575Avstriyanın paytaxtı Vyanada “uçan taksi” uğurla sınaqdan keçirilib.

“EHang 216” adlandırılmış innovativ nəqliyyat vasitəsi Avstriya-Çin şirkəti “FACC” və Çinin “EHang” pilotsuz təyyarələr istehsalçısı tərəfindən birgə hazırlanıb.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, sınaqlar zamanı “uçan taksi” Avstriyanın “Generali Arena” stadionu üzərində havaya qalxıb, sonra yerə enib. İstehsalçıların sözlərinə görə, nəqliyyat vasitəsi bütün sınaqlardan keçib və kütləvi istehsala hazırdır.

Görünüşcə sərnişinlər üçün kabinəyə malik böyük dronu xatırladan “uçan taksi”nin çəkisi 340 kiloqramdır. Saatda 150 kilometrədək sürət toplaya bilən nəqliyyat vasitəsi 2 sərnişini daşımaq imkanına malikdir.

Gözləntilərə görə, gələcəkdə belə taksilər sərnişinləri qısa məsafələrə daşıya, həmçinin sənaye və tibbi avadanlıqları çatdıra biləcəklər.








loading...


Fikrinizi bildirin