“POROŞENKO ARTIQ UDUZUR...” - “Zelenskiyə qarşı heç bir kompramatı yoxdur”

“Poroşenko Zelenskinin qoyduğu qaydalarla oynamağa başlayıb”.

“AzPolitika.info” xəbər verir ki, bu fikir Ukraynada kifayət qədər tanınan siyasi təhlilçi Oleq Soskinə aiddir.

Tanınmış ekspert hazırkı şərtlər daxilində Zelenskinin Poroşenko üzərində asanlıqla qalib gələcəyini bildirib: “Poroşenko artıq uduzur. O, Zelenskinin qoyduğu qaydalarla oynayır, Zelenski isə seçki kampaniyasını əsl şouya çevirib. Zelenski debatla bağlı stadion və tibbi müayinə ilə yanaşı, Yuliya Timoşenkonun aparıcı olması şərtini də irəli sürüb. Bu, Poroşenko üçün ilan sancması kimi bir şeydir və ölümə bərabərdir...”

Qeyd edək ki, əvvəlcə debatda aparıcılıq etməsi təklifi barədə düşünəcəyini deyən Y.Timoşenko, sonradan Zelenskinin istəyinə rədd cavabı verib. Ancaq buna baxmayaraq, O.Soskin hesab edir ki, hətta debatlarda kimin üstün görünməsindən asılı olmayaraq, Zelenski liderliyini saxlayacaq: “Situasiyanı yalnız Zelenskiyə qarşı ciddi kompramat dəyişə bilərdi, Poroşenkoda isə belə bir kompramat yoxdur”.

O.Soskin əlavə edib ki, Zelenskini ləkələmək, yaxud gözdən salmaq asan deyil: “O, normal iş adamıdır və həyatda hər şeyi özü qazanıb. Onun ziyalı ailəsi var. İdarəçilik təcrübəsinin olmaması isə qətiyyən minus sayıla bilməz. Məsələn, bugünlərdə Slovakiyada keçirilən seçkilərdə heç kimin tanımadığı Zuzana Çaputova adlı vəkil qalib gəldi. Buna qədər isə Donald Tramp ABŞ prezidenti oldu. Hansı ki, əvvəllər bunu heç kim ehtimal belə edə bilməzdi”.

Ekspert hesab edir ki, artıq aradakı bir neçə milyonluq seçici sayı fərqinə təsir etmək mümkün olmayacaq. Həmçinin, birinci turda uduzan digər namizədlərə səs verənlər də bu turda Zelenskini dəstəkləyəcəklər: “Bəs Poroşenkoya kim səs verəcək – heç kim. Çünki onun fəaliyyəti ancaq uğursuzluqlardan ibarətdir...”

Cəlal Məmmədov

635x100

Şərhlər

Geber 2019-04-06 22:31:09

Təlxəkin səhnələri ABŞ səfirliyindən idarə olunur Poroşenko və Təlxək Paşinyan Otello Carqsyan Dezdemona qurama səhnəsini yada sal Təlxək Poraşenkoya yox Putina aiddiyyətli , tez bir zamanda ruslarin beynində , Putinə qarşi konkret hərəkətə kecəcək Təlxəkin nitqləri qərb mutəxəssisləri yazib , ki Kremlin qapisi usyan ücün acilsin Carlz Darvin ayridir , qorilla Zelenski ayri , təlxəkin siçrayiş təkamüllü intellektə malik olmasina inananlar şimpanzelər olacaq . Putin Carlz Darvinə təslim olacaq

Son yazılar